Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli
823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də,
2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq
edilmiş
“Azərbaycan Respublikası İpoteka
və Kredit Zəmanət Fondunun vəsaiti
hesabına ipoteka kreditinin, o cümlədən
güzəştli ipoteka kreditinin
verilməsi Qaydası”nda və 2018-ci il 10
dekabr tarixli 387
nömrəli Fərmanı ilə
təsdiq edilmiş “DOST” mərkəzlərində
göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
“Vətən Müharibəsi
Qəhrəmanı” adının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 12
dekabr tarixli 823 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 12, maddə 718; 2007, ¹ 5, maddə 460, ¹ 11, maddə
1117; 2008, ¹ 6, maddələr 496, 497; 2009, ¹
12, maddə 983; 2010, ¹ 2, maddə
83, ¹ 3, maddə 182; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə
1115; 2014, ¹ 10, maddə 1180; 2015, ¹ 8, maddə 913; 2016, ¹ 5, maddə
880, ¹ 6, maddə 1031; 2017, ¹ 3, maddə 388, ¹ 6, maddə
1070, ¹ 9, maddə 1636; 2018, ¹ 5, maddə 943, ¹ 11, maddə
2265; 2019, ¹ 6, maddə 1051) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti haqqında Əsasnamə”nin 17.18-2-ci bəndində
“Respublikası” sözü
“Respublikasının Vətən
Müharibəsi Qəhrəmanlarının,
Azərbaycanın” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
22 iyun tarixli 940 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 6, maddə 1036; 2017, ¹ 4, maddə 526, ¹ 7, maddələr
1340, 1370, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2328; 2018, ¹
5, maddə 900, ¹ 9, maddə
1825; 2019, ¹ 1, maddə 58, ¹ 4, maddə 618; 2020, ¹ 5, maddə
541) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi Qaydası”nın
3.2.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər
edilsin:
2.1. aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:
“1-1. Azərbaycan Respublikasının
Vətən Müharibəsi
Qəhrəmanı (özü,
əri/arvadı, övladları);”;
2.2. 2-ci abzasda “Milli Qəhrəman” sözləri
“Azərbaycanın Milli
Qəhrəmanı” sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 387 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 12 (I kitab), maddə
2544; 2019, ¹ 7, maddələr 1213, 1233, ¹ 12,
maddə 1935; 2020, ¹ 8, maddə
1039) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində
göstərilən xidmətlərin
siyahısı”nın 7.1-ci bəndi 7.1-1-ci bənd hesab olunsun və
aşağıdakı məzmunda
7.1-ci bənd əlavə
edilsin:
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2021-ci il
Azərbaycan.-2021.- 5 may.- S.2.