“Azərbaycan
Respublikası ilə Avstriya Respublikası
arasında iqtisadiyyat, kənd təsərrüfatı,
sənaye, texnika və texnologiya
sahələrində əməkdaşlıq üzrə
Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası
arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye,
texnika və texnologiya sahələrində əməkdaşlıq
üzrə Qarışıq Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə
645; 2012, ¹ 2, maddə 102; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477,
¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9,
maddə 1518; 2017, ¹ 8, maddə 1521) 1-ci hissəsi ilə təsdiq
edilmiş Komissiyanın tərkibi aşağıdakı
redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini
Azərbaycan Respublikası energetika
nazirinin müavini
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Avstriya
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri.”
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsi
ilə edilən dəyişiklik barədə
Avstriya Respublikası tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may
2021-ci il
Azərbaycan.-2021.-
6 may.- S.2.