“Azərbaycan Respublikası hökuməti və İraq Respublikası hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası hökuməti və İraq Respublikası hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamının  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 419; 2014, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521; 2019, ¹ 5, maddə 877) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

 

“Komissiyanın həmsədri

 

 

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

 

 

Komissiyanın üzvləri

 

 

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası gənclər idman nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti.”

 

 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İraq Respublikası tərəfinə bildiriş göndərsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  5 may 2021-ci il

Azərbaycan.-2021.- 6 may.- S.2.