Rusiyalı politoloq
viran qoyulmuş Ağdama dair fotoşəkilləri
paylaşıb
Qarabağ. Ağdam. Çörək muzeyi. Ağdam bütünlüklə
dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bu
barədə politoloq,
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun
Baş direktoru Sergey
Markov Ağdama səfərdən
sonra özünün
feysbuk səhifəsində
yazıb.
“Fikrimcə, gözəl
freskalara görə məhz bu bina
Ağdamın tam bərpasından
sonra belə vəziyyətdə vandalizm
və vəhşilik abidəsi qismində qalacaq. Xirosimada dağıdılmış bir bina qaldığı
kimi”, - deyə rusiyalı politoloq Ağdamda ermənilər tərəfindən viran qoyulan Çörək muzeyinin binasının şəklini paylaşıb.
S.Markov heyrətlə
bildirib ki, bəzi insanlar ermənilərin Qarabağda
vəhşi hərəkətlərini
ört-basdır edərək,
onları müdafiə
etməyə çalışırlar. O yazıb:
“Bəziləri məni
bu vəhşilik barədə yazmaqda və fotolar paylamaqda qınayırlar. Mənə isə elə gəlir ki, məhz susmaq yolu ilə barbarlığın
müdafiə edilməsi
- millətlərarası ədavətin
qızışdırılması və gələcəkdə
baş verəcək qarşılıqlı cinayətlərə
yol açılmasıdır.
Sülhə aparan yol törədilmiş cinayətin
etiraf edilməsindən
keçir”.
S.Markov, həmçinin
Ağdamdakı Mədəniyyət
sarayının xarabalıqlarının
fotoşəkillərini bölüşüb. “Əhalisinin
ümumi sayı təqribən 200 min, o cümlədən
şəhər əhalisi
65 min olan, vaxtilə çiçəklənən Ağdam
yerlə-yeksan edilərək
25 ildən artıq boş vəziyyətdə
qalıb. Kütləvi qırğın və etnik təmizləmə
təhlükəsi ilə
üzləşən sakinlər
hamı bir nəfər kimi buranı tərk ediblər. 25 ildən artıq müddətdə Ağdamda
heç kəs məskunlaşmayıb. İşğalçı ermənilər şəhəri
boş saxlayıb.
Burada törədilmiş vəhşilik
insanı çox sarsıdır. İnsanlığa ümidsiz baxmağa başlayırsan. Ümidvarıq ki, sivilizasiya tezliklə Ağdama qayıdacaq”, - deyə politoloq təəssüratları
ilə bölüşüb.
S.Markov
izləyicilərinə erməni
işğalçıların Qarabağ torpağında qoyub
getdikləri minalanmış ərazilərdən söhbət
açıb: “Neytral zolaqda isə qeyri-adi gözəllikdə
çiçəklər bitir. Vladimir
Vısotski bir mahnısında oxuduğu kimi. Bu çiçəklər isə Ağdam yaxınlığında Qarabağda keçmiş
neytral zolaqdakı minalanmış ərazilərdə
bitir. Bu çiçəklərə
baxıb zövq ala
bilərsiniz. Lakin onları dərmək olmaz. Çünki minada partlamaq təhlükəsi
var”.
Azərbaycan.-2021.- 6 may.- S.8.