Yol çətin, aləm
qaranlıq - atını bir yanə
çək,
Yol çətin, aləm qaranlıq - atını bir yanə çək,
Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək,
Qov könül bağça-bağından
bu qara qarğaları,
İmtahan eylə, hüma quşlarını meydanə
çək.
Könlümə oldunsa məhrəm,
ey gülüm, aç pərdəni,
Hikmətin şərbətini al, başına
mərdanə çək.
Əhli-ruh məclislərində heç zaman olma ağır,
Saqi tək,
iç al şərab,
hər işini səhmanə çək.
Məşğul olma zərrəcə
cənnət-cəhənnəmlə, saqın,
Əz cəhənnəm
başını, bir də qələm rizvanə çək.
Gərçi ruh aləminin hikmətinə çatdı
əlin,
Ərşi titrət, gərdişin iplərini məstanə çək.
Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,
Baxmadan gör,
surəti-peymanəsin gəl
canə çək.
Ey Nizami, bu qədər
əsrar ki, sən açmısan,
Anlayan yox rəmzini, bəsdir, onu pünhanə çək.
Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?
Mənim tək köhnə bir dostu neçin
qəmxar saxlarsan?
Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.
Mənə xoşdur qəmim,
canan, ona gəl dərman axtarma!
Sual etmə
“Nədir dərdin?” əcəb bimar saxlarsan?
Nə rəngdə sən olursan ol, səninlə
mən varam daim,
Əgər təsbihə mayilsən
və ya zünnar saxlarsan
Səni
mən dost sayırdım,
sən məni düşmən hesab etdin.
Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.
Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,
Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.
Səni
daim Nizami öz əziz cananı bilmişdir,
Rəvamı sən onu, böylə, sitəmlə
xar saxlarsan!?
Eşq der: “ At Kəbəni, gəl talibi-bütxanə ol!”
Eşq der: “ At Kəbəni,
gəl talibi-bütxanə
ol!”
Əmr edir canan ki:
- Aşiqsən əgər,
divanə ol!
Eşq zəncir istəməz, azad yaşar hər qeyddən,
Sən ki, eşqə aşinasan, hər şeyə biganə ol!
Danə
ol qəm quşlarına yar kuyində, könül,
Vəsli-yarə yetməyə, şəmə
dolan, pərvanə ol!
Sərvi-azadi gəzib, vurma bəzək nərgizlərə,
Hökmrana bəndə ol,
gəncinəyə viranə
ol!
Söylədin, sirr kasəsindən
içmişəm, nuş
et, nolur.
Getmə
gəl yar kuyinə, getsən əgər mərdanə ol!
Zərrə idin bir zaman, dön indi də bir
xurşidə,
Tor idin sən quşlara,
gəl, ey gözəl, bir danə ol!
İstəsən canan yanında bir gün olsun
söhbətin,
Sən də dillərdə Nizami tək çalış, əfsanə
ol!
Öz yaman halımı
açdım sənə,
diqqət verəsən,
Öz yaman halımı açdım sənə,
diqqət verəsən,
O qara gözlərinə azca nəsihət verəsən.
Bəlkə məndən də
betər sən vurularsan özünə,
Baxmağın şölə sala, aynaya zinət verəsən.
Tutar ahım deyibən qorxudan ah çəkməmişəm,
Bəs rəvamı
mənə sən bunca məşəqqət
verəsən?!
Ey dağım, ey dayağım, qıyma yada arxalanım,
Umuram könlümə
qüdrət və mətanət verəsən.
Sən zənəxdan quyusundan çıxar öz Yusifini,
Bir vəfa
dolçası göndər
ki, şəfaqət verəsən.
Al qanım nafə kimi tez quruyan
müşkə dönər,
Hopdurub saçlarına
qanıma cürət
verəsən.
Necə
üzr istəyim, ey kül ki,
dilim lal olmuş,
Qorxuram əfv edəsən, bir də xəcalət verəsən.
Qul Nizaminindi coşan, yoxsa dərin dəryadır,
Sarbanam, bəlkə
vəfadan mənə
xələt verəsən.
Azərbaycan.-2021.- 7 may.- S.10.