“Prokurorluq orqanlarında qulluqkeçmə
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 aprel tarixli 308-VIQD
nömrəli Qanununun tətbiqi, Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
2006-cı il 18 aprel tarixli 391 nömrəli,
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq
edilməsi haqqında” 2008-ci il 21 noyabr tarixli 24 nömrəli
və “Məhkəmələr və hakimlər haqqında”,
“Bələdiyyə qulluğu
haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə
üzvünün statusu
haqqında”, “Dövlət qulluğu
haqqında”, “Prokurorluq orqanlarında
qulluqkeçmə haqqında” və “Ədliyyə
orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan
Respublikasının qanunlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında” 2009-cu il 23 noyabr
tarixli 185 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Prokurorluq orqanlarında qulluqkeçmə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 aprel tarixli 308-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə
1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹
10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə
83, ¹ 4, maddə 292, ¹11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2,
maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894,
¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹
7, maddə 820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2,
maddə 184, ¹ 10, maddə 1784; 2018, ¹ 6, maddə 1205, ¹ 7 (I
kitab), maddə 1480; 2019, ¹ 3, maddə 431, ¹ 5, maddə 860, ¹ 6,
maddə 1044, ¹ 12, maddə 1927; 2020, ¹ 7, maddə 882) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə”nin 8.16-1-ci və 9.35-1-ci
yarımbəndlərindən “, prokurorluq” sözü çıxarılsın.
2. Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 11, maddə 979; 2009, ¹ 10, maddə 773; 2011, ¹ 2,
maddə 85; 2017, ¹ 7, maddə 1358; 2020, ¹ 2, maddə 106; 2021, ¹
2, maddə 123) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
2.1. 13.1-ci yarımbənddən “, prokurorluq” sözü çıxarılsın;
2.2. 14.2-ci yarımbənddə “ilk dəfə prokurorluq orqanlarına qulluğa qəbul olunan namizədlərin” sözləri “prokurorluq orqanları işçilərinin” sözləri ilə əvəz edilsin;
2.3. V bölmənin adından və 17-ci bənddən “, prokurorluq” sözü çıxarılsın;
2.4. 18-ci bənddən “prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu,” sözləri çıxarılsın;
2.5. 19-cu bənddən “Azərbaycan Respublikasının Baş Prokurorluğu,” sözləri çıxarılsın.
3. “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” və “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 noyabr tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 888; 2020, ¹ 5, maddə 536, ¹ 7, maddə 871) 2-ci hissəsindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində,” və “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-1-ci maddəsində,” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli 308-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2021-ci il
Azərbaycan.-2021.-
8 may.- S.6.