Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsinin həyata keçirilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 854 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların fəaliyyətinin təmin edilməsi Qaydasıtəsdiq edilsin.

2. “Mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin konsulluqlarının siyahısıtəsdiq edilsin.

3. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin strukturunun təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 854 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 368) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2021-ci il

Azərbaycan.-2021.- 8 may.- S.7.