Birinci vitse-prezident Mehriban
Əliyeva rəsmi instaqram səhifəsində
Şuşa ilə bağlı
paylaşım edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində
Şuşa ilə bağlı paylaşım edib.
AZƏRTAC
xəbər verir ki, paylaşımda deyilir: “Həsrət və
qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim
üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa
azaddır! Ali Baş Komandanın rəhbərliyi
ilə düşməni sarsıdan və Azərbaycanın ərazi
bütövlüyünü bərpa edən
rəşadətli əsgər və zabitlərimizin,
Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəkliyi qarşısında baş əyirik. Vətən naminə həlak
olmuş bütün
şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.
Azərbaycan.-2021.- 9 may.- S.1.