Şərqdən doğan Günəş
Heydər Əliyev öz bioqrafiyasını Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevirdiyi kimi, hər bir azərbaycanlının həyatında da dərin və müsbət izlər buraxıb. Hətta onunla bir dəfə də olsun görüşməyən yüz minlərlə insanın belə bu dahi şəxsiyyətlə bağlı dərin təəssüratı, xatirələri var.
Hər il 10 may tarixi
gələrkən fərqli
hisslər keçiririk.
Məhz bu gündə dünyaya gələn dahi və əvəzolunmaz
şəxsiyyət Heydər
Əliyevə olan sevgimiz bu tarixi
bizim üçün
sevdirib. Hələ uşaq
yaşlarımda olarkən
valideynlərimdən adını
tez-tez eşitdiyim Heydər Əliyevin nə dərəcədə
böyük şəxsiyyət
olmasını zamanla özüm də anladım. Özümü şanslı insan
hesab edirəm ki, Ümummilli Lider Heydər Əliyev kimi xarizmatik və dahi şəxsiyyətlə
eyni əsrdə yaşamışam. Onun sovetlər
dövründəki fəaliyyətini
böyüklərimizdən eşitsəm də,
1993-cü ildən sonrakı
fəaliyyətini canlı
olaraq izləmişəm.
Yaxşı xatırlayıram, 1993-cü ildə ailəliklə həmişə televizorda
Milli Məclisin gərgin keçən iclaslarını izləyir
və sonra ailəmizdə, qonşular
arasında müzakirələr
başlayırdı. Qarabağda ermənilərin
törətdikləri vəhşiliklər
azmış kimi həmin vaxtlarda xalqımız parçalanmaq,
müstəqilliyimiz isə
itirilmək təhlükəsi
altında idi. Dövlət
hakimiyyətinin başında
olan təsadüfi adamlar ölkəni elə bir vəziyyətə
salmışdılar ki,
heç kəs sabahımız barədə
nikbin düşünə
bilmirdi.
Yaxşı xatırlayıram, kəndimizdə
olan toylarda tez-tez avtomat silahlardan havaya atəşlər açılardı. Başıpozuq dəstələr və ayrı-ayrı şəxslər
özbaşınalıq edir,
hər yerdə dərəbəylik və
hakimiyyətsizlik hökm
sürürdü. Tez-tez
böyüklərimdən bu
cümləni eşidirdim:
“Bizi ancaq bu vəziyyətdən Heydər Əliyev xilas edə bilər”.
Heydər Əliyevə və onun ailə üzvlərinə olan sevgimiz o qədər çox idi ki, atam qardaşımın
adını İlham qoymuş, hətta vəsiyyətinə uyğun
olaraq, qardaşım oğluna da Heydər adı verilmişdi.
Ulu Öndər
Heydər Əliyev çox qorxmaz və mərd insan idi. Dəfələrlə çıxışlarında qeyd
edirdi ki, o, nə daxildəki, nə də xaricdəkli düşmənlərindən
qorxmur. Əgər xatırlayırsınızsa, Surət Hüseynovun hakimiyyətə silah gücünə gəlmək
üçün Gəncədə
başlatdığı qiyam
zamanı Heydər Əliyev heç bir şeydən qorxmayaraq Gəncəyə
getdi. Halbuki orada onun həyatına fiziki cəhətdən son qoya bilərdilər. Həmin vaxt
ölkədəki qardaş
qırğınının qarşısını almaq
üçün öz
həyatını ortaya
qoyan Heydər Əliyev Azərbaycanı
nə qədər sevdiyini hamıya nümayiş etdirdi.
Məhz özünün dərin zəkası, qorxmazlığı
və müdrik siyasi gedişləri ilə dövləti dağılmaqdan, milləti
isə parçalanmaqdan
xilas etdi. “Heç kəsin
şübhəsi olmasın
ki, mən ömrümün bundan sonra qalan hissəsini
harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil
dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”
deyən Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə
milli həmrəyliyə
və birliyə nail oldu.
Həmin günlərdə Heydər
Əliyevin hadisələrə
yerində müdaxiləsi
olmasaydı, dünyanın
siyasi xəritəsində
Azərbaycan adlı dövlət mövcud olmayacaqdı. Heydər Əliyev o qədər
geniş dünyagörüşünə,
biliyə və təcrübəyə malik
idi ki, ona
qibtə etməmək
mümkün deyildi.
Tədbirlərdə dayanmadan, saatlarca
yorulmadan, ən əsası isə, Azərbaycan dilində səlis çıxışları
daim xalqın müzakirəsində olurdu.
İstənilən ixtisas sahibi
ilə söhbət edərkən onun necə bir fitri
istedad sahibi olduğu bilinirdi. Heydər Əliyev Azərbaycan xalqını dərindən
sevirdi. Çıxışlarının
birində demişdi:
“Əgər hansısa
bir namərd gülləsi mənə tuşlanarsa, özüm də, balalarım da Azərbaycanın müstəqilliyi naminə
qurban getməyə hazırıq”. Və yaxud “Gülüstan”
sarayındakı tədbir
zamanı “Azərbaycan”
şeirini deyərkən
səsinin titrəməsi
və gözündən
axan yaş onu bizlərə necə sevdirə bilməzdi.
Leyla Əliyeva
“Elegiya” şeirində
babasını bir dağa bənzətmişdir. Bəli, Heydər
Əliyev doğrudan da küləklərin təsir edə bilməyəcəyi möhtəşəm
bir zirvə idi. Uca zirvələr isə
uzaqdan daha aydın görünür.
İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü
və ucalığını
daha dərindən anlayırıq. Heydər Əliyevin
millətimiz qarşısında
ən böyük xidmətlərindən biri
cənab İlham Əliyev kimi dahi şəxsiyyət yetişdirməsi, özündən
sonra xalqımız üçün layiqli varis qoymasıdır.
Ümummilli Lider ömrünün son günlərində
yazırdı: “Mən
İlham Əliyevə
özüm qədər
inanıram”. O, İlham
Əliyevin Azərbaycanı
daha parlaq gələcəyə aparacağına
əmin idi. Heydər Əliyev həmişə
olduğu kimi, bu fikirlərində də tam haqlı çıxdı. İlham Əliyev
ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan
azad etdi.
İllər keçəcək, lakin Heydər Əliyevə olan sevgi heç
bir zaman dəyişməyəcək. Çünki dahilər unudulmur, onlar daim xatırlanır
və sevilir. Xalqımızın isə Heydər
Əliyevə olan sevgisi sonsuz və əbədidir.
Ruhiyyə
ƏLİYEVA,
Yeni Azərbaycan Partiyasının üzvü
Azərbaycan.-2021.- 9 may.- S.6.