“Mən Bakıdanam, Ağahüseynov...”

 

Faşizm üzərində Qələbədən 76 il keçir

 

 

Mayın 9-da Böyük Vətən müharibəsində faşizm üzərində milyonlarla ölkə vətəndaşının həyatı bahasına qazanılan möhtəşəm Qələbənin 76-cı ildönümü qeyd olunur. Bu əlamətdar hadisə ilə bağlı hər il dünyanın ən fərqli şəhərlərində və ən müxtəlif dillərində “Heç kim unudulmur, heçyaddan çıxmır” sədası eşidilir.

Qarabağın erməni işğalçılarından qurtuluşu uğrunda gedən 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanda bu tarixi günün əhəmiyyəti, Qarabağın yüz minlərlə yerli sakinini evlərindən qovan, çiçəklənən şəhərləri xarabalığa çevirən, qədim memarlıq abidələrini məhv edən, muzeyləri, ata-baba yurdlarımızı və məzarlıqları talan edən, faşist ideologiyasının tərəfdarlarının inanılmaz amansızlığı ilə qarşılaşmış ölkəmizin bütün vətəndaşları üçün xüsusilə başa düşüləndir... Hər şey xalqın kökünü, tarixini, ənənələrini, mədəniyyəti haqqında yaddaşını məhv etmək məqsədi daşıyırdı... Ancaq bütün bu sınaq və əngəllərə baxmayaraq, vətəndaşlarımız hələ də xeyrin şər üzərində qələbəsinə inanırdılar...

İkinci Qarabağ müharibəsi qəhrəmanları və 2020-ci ilin payızında başlanan döyüş əməliyyatları ilə əlaqədar bütün hadisələr, Qarabağ qalasına - Şuşa şəhərinə aparan yeganə dağ yolu, əlçatmaz qayalara hücum, misilsiz rəşadət, ruh yüksəkliyi və şücaət nümayiş etdirən Azərbaycan əsgərləri əbədi olaraq yaddaşlarda qalacaq...

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan faşizm üzərində Qələbəyə böyük töhfə verdi. Mən həmişə bunu deyirəm. Bütün Sovet İttifaqı üçün o dövrdə əsas neft mənbəyi Bakı idi. Hamı bilirdi ki, Bakı nefti olmadan heç bir qələbədən söhbət açıla bilməzdi”, - deyən əfsanəvi general-polkovnik, çoxlu ordenmedalla təltif edilmiş Böyük Vətən müharibəsi veteranı Tofiq Ağahüseynov həmin dövrü xatırlayaraq bir çox məqama toxundu. Daha sonra söhbətinə davam etdi: “Həm də bir hərbçi kimi söyləyirəm ki, Bakı ölkənin hava hücumundan müdafiəsində böyük rol oynadı. Keçmiş SSRİ-də iki hava hücumundan müdafiə bölgəsi var idi: biri Moskvada, digəri Bakıda. Birlikdə ortaq hava hücumundan müdafiə sisteminin yaradılması üçün Bakı şəhəri strateji cəhətdən çox böyük əhəmiyyətə malik idi. Bu gün mən qürur duyuram ki, Azərbaycan oğullarının İkinci Dünya müharibəsində cəbhədəki eyni şücaəti onların övladları Ali Baş Komandanımız

İlham Əliyevin rəhbərliyi altında böyük rəşadət, möcüzəvi hünər və cəsarətlə Qarabağ müharibəsində də göstərdi, düşmən üzərində inamlı qələbə qazandılar.

 Azərbaycan qəhrəmanlarını həmişə xatırlayacağıq. Otuz il ərzində erməni işğalçılarının azərbaycanlıların doğma yurd yerlərini darmadağın etdiyi kimi, milyonlarla insanın məhvinə səbəb olan 1941-1945-ci illərdə dünyaya bu qədər ağrı-acı yaşadan müharibə, baş verən hadisələr və qəhrəmanlıq göstərən igid döyüşçüləri də unudulmayacaq. Faşizmə qarşı müharibədə iştirak edənlər başa düşürlər ki, 9 may bütün xalqlar üçün XX əsrin qəhvəyi vəbası üzərindəki Böyük Qələbənin qeyd olunduğu gündürbu tarixi heç kəsin unutmağa haqqı yoxdur. XX əsrin ortalarında dünyanı faciəvi hadisələrlə üz-üzə qoyan siyasətçilərin əməllərinə görə xalqların ödəməli olduqları hər şeyi, hər anı, hər dəyəri gənc nəsil yaddan çıxarmamalıdır. Belə müharibələr unudulduğu halda yenidən təkrarlana bilər.

Əfsanəvi insan Tofiq Yaqub oğlu Ağahüseynov ilə söhbət etmək həmişə maraqlıdır. O bütün həyatını Silahlı Qüvvələrdə hərbi xidmətə həsr etmişdir. Peşəkar hərbçi T.Ağahüseynovun çox güclü yaddaşı və maraqlı həmsöhbət olmaq istedadı vardır və o öz bioqrafiyasındakı epizodlar barədə, bir çox məşhur adamla görüşlər, həyatında baş vermiş hadisələr haqqında saatlarla danışa bilən insandır.

1940-cı ildə müharibədən əvvəl o, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılan instituta daxil olmuşneftçi ixtisasına yiyələnməyi arzulamışdır. Lakin faşist Almaniyasının 22 iyun 1941-ci ildə Sovet İttifaqına hücumuBöyük Vətən müharibəsinin başlaması bir çox insanın taleyini dəyişdirmişdi. O dövrdə neftçilərin hərbi vəzifələrdən azad olunmasına baxmayaraq, T.Ağahüseynov 18 yaşında institutun ilk kursundan könüllü olaraq cəbhəyə yazılmışdı.

Onun xatirələrinə görə, 1941-ci ilin payızında hərbi qeydiyyat komissiyasının nümayəndəsi Bakı Zenit Artilleriya Məktəbinə daxil olmaq istəyənləri toplamaq üçün instituta gəlir. Tofiq Ağahüseynov vətən qarşısında məsuliyyət hissini anlayaraq, düşünmədən könüllü şəkildə Qızıl Ordu sıralarına yazılır və Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il sonra leytenant rütbəsi ilə hərbi eşelonda Moskvaya yola düşür və qısa müddətdən sonra cəbhə xəttinə göndərilir... İlk xidmət yeri Arxangelskdə, Obozerskaya stansiyasından bir qədər aralıda yerləşən zenit topçu diviziyasının tağım komandiri olaraq başlayır.

“Həmin vaxt biz, liman obyektlərini, müttəfiqlərin nəqliyyat konvoylarının boşaltma məntəqələrini və Severodvinsk və Arxangelskdəki digər obyektləri düşmənin hava hücumlarından qoruyurduq. Basqınlar zamanı almanlar şəhəri və limanı bombalamaq üçün ilk növbədə hava hücumundan müdafiə obyektlərini məhv etməyə çalışırdılar. Ora çatan kimiilk döyüş sınağı” qəbul etməli oldum. Əsgərin iştirak etdiyi ilk döyüşü o zamanlar belə adlandırırdılar. Qəflətən basqın başladı. Zenit silahlarının və düşən bombaların alovları altında hamı ilə birgə yanğınları söndürməyə atıldım. Hər şey qurtardıqdan sonra əsgər sığınacağına daxil oldumburada məni artıq doğma insan kimi qəbul edib çay təklif etdilər... Bu, əslində, ilk cəsarət sınağı idi və mən həmin an başa düşdüm ki, komandir nüfuzunu saxlamaq üçün döyüşdə əsgərlərin yanında olmalıdır. Bu, çox vacibdir” - deyə T.Ağahüseynov bildirir.

İlk döyüş sınağında onun hərbi komandir istedadı aşkar olundu. Bu baxımdan T.Ağahüseynovun 19 may 1943-cü il tarixli ilk nümunəvi döyüş xüsusiyyətləri meydana çıxdı: “Tapşırıqların yerinə yetirilməsini təmin edə bilir. Döyüşdə nümunəvidir. Nüfuzu var, döyüşü tanklarla idarə etməyi bacarır. Yanğın taqımına komandanlıq etməyə meyili var”.

Tofiq Ağahüseynov bir çox hərbi əməliyyatda, o cümlədən Varşavanın azad edilməsi uğrunda Vislo-Oder əməliyyatında iştirak etmişdir. 1944-cü ildə onun xidmət etdiyi diviziya 1-ci Belarusiya cəbhəsinin tərkibinə daxil olmuş və 1945-ci ildə Berlinə qədər gedib çatmışdır. Berlin uğrunda döyüşlərdə iştirak etmiş və müharibəni qurtarmışdır. O, Berlindəki epizodlardan birini bu günxüsusi səmimiliklə xatırlayır: “O zaman əməliyyat qrupunun tərkibində idim. Leytenant olaraq məni Berlində yeni mövqelər seçməyə göndərdilər. Maşın verdilər və bir nəfər serjantla yola çıxdıq. Mayın 2-də Berlinə çatdıq. Maşını Reyxstaqa qədər sürdük, baxdıq ki, burada - yerdə, divarlarda müxtəlif imzalar, adlar, bir sözlə, hər şey yazılıb. Biz hansısa kolonnanın təpəsinə çatdıq. Serjant güclü oğlan idi. Məni öz çiyninə aldı və orada “Mən bakılıyam, Ağahüseynov” sözlərini yazdım. Reyxstaqda minlərlərlə belə yazılar var idi, lakin mənim üçün əsas bunların arasında azərbaycanlı hərbçinin də olması idibunu mən etdim. Həmin məqamda öz vətənim üçün qürur, fəxr hissi keçirdim”.

Müharibə qurtarandan sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.

Böyük Vətən müharibəsi sona çatdığı zaman T.Ağahüseynovun 22 yaşı var idi. 1946-cı ildə o, Almaniyadan Bakıya qayıtdıqdan sonra təhsilini başa vurur, daha sonra Moskvada Hərbi Akademiyaya daxil olur və oranı bitirdikdən sonra keçmiş SSRİ-nin müxtəlif regionlarında işləyərək hərbi xidmətini davam etdirir. Hərbi xidmətə 18 yaşlı leytenant olaraq başlayan Tofiq Ağahüseynov 40 il sonra onu general-polkovnik rütbəsi ilə tamamlayır. O, SSRİ Silahlı Qüvvələrində belə yüksək rütbəyə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır. Onun keçmişində top zenit batareyası komandirliyindən Çexoslovakiya Müdafiə Nazirliyi yanında Varşava Müqaviləsi Dövlətlərinin Birləşmiş Silahlı Qüvvələri Baş Komandanlığının nümayəndəsinə qədər şərəfli və eyni zamanda çətin bir həyat yolu keçib, zəngin hərbi tərcümeyi-halı vardır.

O, həm dinc dövrdə, həm də cəbhədə qələbənin qazanılması məqsədilə minlərlə mühüm qərarlar verməli olurdu. Həyatındakı ən çətin qərarları müharibədən sonra qəbul etmişdir: “Demək olar ki, müharibədən sonra həyatım öz axarı ilə davam etdi. Hərbi Artilleriya Akademiyasını bitirdikdən sonra Bakı Hava Hücumundan Müdafiə Bölgəsində xidmət etdim, polkun, diviziyanın, korpusun rəhbəri oldum”. Daha sonra Zaqafqaziya bölgəsinin hava hücumundan müdafiə komandiri vəzifəsini daşıyır.

...1987-ci ildə, yəni, 40 ildən çox xidmət etdikdən sonra Tofiq Ağahüseynov tərxis olundu. Lakin Sovet İttifaqının dağılması və Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı silahlı təcavüzü generalı yenidən hərbi sıralara qaytardı. O, Qarabağ hadisələrinin başlanğıcından etibarən erməni təcavüzünün yalnız müasir bir ordunun köməyi ilə dayandırılacağına əmin idi, bunun Azərbaycanda qurulmasında ölkə rəhbərliyi ilə birlikdə uzun illər çalışdı.

1997-ci ildə Prezident Heydər Əliyevin dəvəti ilə Tofiq Ağahüseynov yenidən hərbi xidmətə gətirildi və Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edildi. O, bu vəzifədə 2002-ci ilə qədər çalışaraq müasir Azərbaycan Ordusunun yaradılmasına böyük töhfələr verdi. Ağır ürək əməliyyatı olunduqdan sonra 2002-ci ildən 2007-ci ilədək Prezidentin tövsiyəsi ilə o, Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışdı.

“Ulu Öndər Heydər Əliyevi hələ respublika DTK-sının sədri olduğu vaxtlardan şəxsən tanıyırdım. Təxminən 30 il. Onun mənə qarşı çox gözəl münasibəti var idi və mən böyük rəhbərə sonsuz sayğı göstərirdim. Bu İnsan hər şeyi bilirdi - həm hərbi sahəni, həm də mülki sistemi, nəyi istəsəniz... O, unikal bir şəxsiyyət idi. Biz bütün məsələlərdə həmfikir idik, hər zaman onun missiyasına inanırdım. O, nəinki xalqın lideri, ən yüksək hörmətə layiq dövlət xadimi, həm də yüksək mənəvi keyfiyyətləri olan, öz vətənini, Azərbaycan xalqını sonsuz dərəcədə sevən bir rəhbər idi.

Ulu Öndərin həyatdan gedişinə çox çətinliklə tab gətirə bildim. 2007-ci ildə istefaya çıxdım, on il işləmədim. 2017-ci ildə məni Azərbaycan Veteranlar Təşkilatının sədri vəzifəsinə seçdilər yenə səhhətim imkan verdikcə təxminən dörd il hərbi vəzifədə işlədimdeyə Tofiq Ağahüseynov ötənləri xatırladır.

 Bu gün 23 medal 8 ordenin kavaleri - bunlardan üçü - “Qırmızı Ulduz”, ordeni Prezident İlham ƏliyevinŞöhrət”, “Bayraq”, “Fəxri diplomordenləri olan əfsanəvi general-polkovnik faşizm üzərində Böyük Qələbənin 76-cı ilini qarşılayır. Hörmətli Tofiq Ağahüseynov kimi insanlaraonlar bizim torpağımızın duzudurdeyirlər. Onu bayram münasibətilə təbrik edir, ona cansağlığı müvəffəqiyyət arzulayırıq.

 

 

 

Larisa CAVANŞİR

Azərbaycan.-2021.- 9 may.- S.11.