Şuşa şəhərində
yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik
tam orta məktəbin layihələndirilməsi və tikintisi
məqsədilə Azərbaycan Respublikasının 2021-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0
(üç) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2021-ci il.
Azərbaycan.-2021.-
9 may.- S.10.