“Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə
dair tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
24 yanvar tarixli 844 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 36;
2004, ¹ 9, maddə 681; 2005, ¹ 2, maddə 73, ¹ 12, maddə 1109;
2006, ¹ 7, maddə 590, ¹ 9, maddə 736; 2007, ¹ 3, maddə 219, ¹
12, maddə 1244; 2009, ¹ 7, maddə 529, ¹ 10, maddə 777; 2010, ¹
4, maddə 298, ¹ 7, maddə 610; 2011, ¹ 9, maddə 789, ¹ 11, maddə
1011; 2014, ¹ 2, maddə 119, ¹ 12, maddələr 1582, 1584; 2016, ¹ 2
(II kitab), maddə 268, ¹ 3, maddə 472; 2017, ¹ 10, maddə 1780;
2018, ¹ 7 (I kitab), maddə 1453; 2019, ¹ 5, maddə 847)
aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
Nizamnaməsi” üzrə:
1.1. 4.1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“4.1. Şirkətin strukturunu
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi
(bundan sonra - AİH) təsdiq edir.”;
1.2. 4.2-ci, 4.7-ci və 4.9-cu bəndlər
ləğv edilsin;
1.3. 4.3-cü bənddə birinci halda “Şirkətin”
sözü “Şirkət” sözü ilə əvəz
edilsin;
1.4. 4.4-cü bənd
aşağıdakı redaksiyada verilsin:
“4.4.
Şirkətin strukturuna daxil olan qurumların, həmçinin
törəmə və asılı təsərrüfat cəmiyyətlərinin
yaradılması, yenidən təşkili və ləğvi
barədə qərarları Şirkətin Müşahidə
Şurası qəbul edir.”;
1.5. 4.5-ci bənddə “Şirkət
tərəfindən yaradılan müəssisələr, təşkilatlar
və digər təsisatlar” sözləri “Şirkətin
strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz
edilsin və həmin bəndə “aparılması”
sözündən sonra “Azərbaycan Respublikasının
qanunları və bu sahədə münasibətləri tənzimləyən
digər normativ hüquqi aktları, bu Nizamnamə və
AİH-nin müəyyən etdiyi qaydalar və ya AİH-nin
razılığı ilə” sözləri əlavə
edilsin;
1.6. 4.6-cı bənd
aşağıdakı redaksiyada verilsin:
“4.6.
Şirkət tərəfindən bəzi fəaliyyət
növlərinin həyata keçirilməsinin tam və ya qismən
onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə
qərarları Şirkətin Müşahidə Şurası
qəbul edir.”;
1.7. 4.8-ci bənddə “bilavasitə
Şirkət iştirak edə bilər” sözləri “Şirkətin
bilavasitə iştirakı ilə bağlı qərarları
Şirkətin Müşahidə Şurası qəbul edir”
sözləri ilə əvəz edilsin;
1.8. 4.10-cu bəndə “strukturuna
daxil olan qurumların” sözlərindən sonra “, törəmə
və asılı təsərrüfat cəmiyyətlərinin”
sözləri əlavə edilsin;
1.9. 4.13-cü bənddə “iş
proqramlarının və” sözləri “iş planları,
habelə” sözləri ilə əvəz edilsin;
1.10. V bölmə
aşağıdakı redaksiyada verilsin:
“V.
Şirkətin idarə olunması
5.1. Şirkət öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir. Şirkətin
korporativ idarəetmə standartları AİH tərəfindən
təsdiq olunur.
5.2. Şirkətin ali
idarəetmə orqanı onun Ümumi
Yığıncağıdır. Şirkətin
idarəetmə orqanları Müşahidə Şurası və
kollegial icra orqanı - İdarə Heyətidir.
5.3. Ümumi
Yığıncağın müstəsna səlahiyyətləri
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
idarə edilməsinin təkmilləşdirilməsinə dair
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Sərəncamı
ilə müəyyən edilir. Ümumi
Yığıncağın müstəsna səlahiyyətlərinə
aid edilməyən məsələlər barədə qərarlar
nizamnaməsinə uyğun olaraq AİH tərəfindən qəbul
olunur.
5.4. Şirkətin fəaliyyətinə
ümumi rəhbərliyi və nəzarəti Şirkətin
Müşahidə Şurası (bundan sonra - Müşahidə
Şurası) həyata keçirir. Müşahidə
Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
7 (yeddi) üzvdən ibarətdir. Şirkətin
İdarə Heyətinin üzvləri Müşahidə
Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət
müddəti 3 (üç) ildir.
5.5. Müşahidə
Şurasının vəzifələri
aşağıdakılardır:
5.5.1.
Şirkətin uzunmüddətli inkişaf strategiyasını
təsdiq etmək;
5.5.2. Şirkətin İdarə
Heyətinin fəaliyyətinə nəzarət etmək,
AİH-nin təsdiq etdiyi qiymətləndirmə
sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin
fəaliyyətini qiymətləndirmək;
5.5.3.
İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan
Respublikasının qanunları ilə yol verilməyən
hallar istisna olmaqla, Müşahidə Şurasının
üzvlərinin mükafatlandırılması
qaydasını müəyyən etmək;
5.5.4.
Şirkətin korporativ strukturunun və ştat cədvəlinin
təsdiq edilməsinə razılıq vermək, törəmə
və asılı təsərrüfat cəmiyyətlərini
yaratmaq, onların nizamnamələrini təsdiq etmək, rəhbərlərini
vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.5.
Şirkətin Audit Komitəsini və digər komitələrini
yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini
və üzvlərini vəzifəyə təyin və vəzifədən
azad etmək;
5.5.6.
Şirkətin risklərin idarə olunması, daxili audit və
uyğunluğa nəzarət xidmətlərini yaratmaq,
onların əsasnamələrini təsdiq etmək;
5.5.7.
Şirkətin mərkəzləşdirilmiş
fondlarını yaratmaq və onlardan istifadə
qaydalarını müəyyən etmək;
5.5.8.
Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri
üzrə siyasəti və daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını) təsdiq etmək;
5.5.9.
Şirkətin illik səmərəlilik göstəriciləri
üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə
dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini,
eləcə də ortamüddətli biznes planının əsas
göstəricilərini təsdiq etmək;
5.5.10.
Ümumi Yığıncağın səlahiyyətlərinə
aid edilmiş hallar istisna olmaqla, Şirkətin investisiya layihələrini
və onların icrasına dair hesabatları, eləcə də Şirkətin
inkişaf strategiyasının və biznes planının əsas
göstəricilərinin icrasına dair hesabatı təsdiq
etmək;
5.5.11. satınalmalarla bağlı Şirkətin
strategiyasını və daxili normativ sənədlərini təsdiq
etmək, fəaliyyət istiqamətlərinə uyğun
olaraq dövlət vəsaiti (dövlət büdcəsi,
dövlətin aldığı və dövlət zəmanəti
ilə alınmış kreditlər və qrantlar) hesabına
satınalmaları “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda
isə Şirkətin daxili
normativ sənədlərinin tələblərinə uyğun
olaraq həyata keçirmək;
5.5.12.
Şirkətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən çox məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə
də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizini və
daha çox hissəsini təşkil edən əqdin
bağlanması ilə bağlı Ümumi
Yığıncağa təkliflər vermək;
5.5.13. aidiyyəti şəxslərlə
bağlanması nəzərdə tutulan və dəyəri
Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini
təşkil edən əqdləri təsdiq etmək;
5.5.14.
Şirkətin xərclər və gəlirlər
smetasını təsdiq etmək və onun icrasına nəzarət
etmək;
5.5.15.
Şirkətin fəaliyyətinin müntəzəm monitorinqinə
və qiymətləndirilməsinə imkan verən
hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda
başqa qayda nəzərdə tutulmadığı halda,
Şirkətin maliyyə və digər
hesabatlarının formasını təsdiq etmək və təqdim
edilməsi müddətlərini müəyyənləşdirmək;
5.5.16.
Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə
bağlı monitorinq aparmaq və onun nəticələrinə
əsasən tədbirlər görmək;
5.5.17.
Şirkətin müstəqil auditorunu müəyyən etmək,
bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə
və ona xitam verilməsinə razılıq vermək;
5.5.18.
Audit Komitəsinin, daxili audit bölməsinin və müstəqil
auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər
görmək;
5.5.19. mənfəətin və zərərin
bölgüsünü, illik hesabatları və maliyyə
hesabatlarını təsdiq üçün Ümumi
Yığıncağa təqdim etmək;
5.5.20. mövcud normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə
verilməsi və özəlləşdirilməsi ilə
bağlı əqdlərin bağlanmasına razılıq
vermək;
5.5.21.
Şirkətin filial və nümayəndəliklərini
yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini
vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.22. bu Nizamnamə ilə və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları ilə,
habelə Müşahidə Şurası haqqında AİH-nin
təsdiq etdiyi əsasnamə ilə Müşahidə
Şurasının səlahiyyətlərinə aid edilmiş
digər məsələləri həll etmək.
5.6. Müşahidə Şurası
özünün səlahiyyətlərinə aid edilmiş məsələlərin
həllini Şirkətin İdarə Heyətinə həvalə
edə bilməz.
5.7. Şirkətin Müşahidə
Şurasının üzvləri adlarına xələl gətirə
biləcək hərəkətlərə və
çıxışlara yol verməməlidir, həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu
maddəsində müəyyən edilmiş digər tələbləri
yerinə yetirməlidirlər. Müşahidə
Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi
AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə
uyğun olaraq həyata keçirilir.
5.8. Müşahidə
Şurasının sədri 3 (üç) ayda bir dəfədən
az olmayaraq Müşahidə
Şurasının iclasını çağırır və
iclaslara sədrlik edir.
5.9. Müşahidə
Şurasının iclaslarının keçirilməsi təşəbbüsü
ilə Şirkətin
Ümumi Yığıncağı, Müşahidə
Şurasının üzvü və ya İdarə Heyətinin
rəhbəri - Şirkətin prezidenti çıxış
edir.
5.10. Müşahidə
Şurasının iclasları onun üzvlərin bilavasitə
iştirakı ilə əyani formada, informasiya
texnologiyalarından istifadə etməklə distant formada,
üzvlərin bilavasitə iştirakı olmadan qiyabi formada,
yaxud qarışıq
formada keçirilə bilər.
5.11. Müşahidə
Şurasının iclasının gündəliyi iclasa ən
azı 2 (iki) həftə qalmış korporativ katib vasitəsilə
tövsiyələrin hazırlanması üçün
AİH-yə göndərilir. AİH iclasa ən
azı 1 (bir) həftə qalmış gündəliyə
daxil edilmiş hər bir məsələyə dair tövsiyələrini
hazırlayıb Müşahidə Şurasına göndərir.
5.12. Müşahidə
Şurasının üzvlərinə, AİH-yə və
iclasa dəvət olunmuş Şirkətin prezidentinə və
digər şəxslərə iclasın keçiriləcəyi
yer və vaxt (distant formada keçirilən iclaslara münasibətdə
iclasın keçiriləcəyi vaxt), habelə AİH-nin
tövsiyələri ilə birlikdə gündəliyə
daxil edilmiş məsələlər barədə korporativ
katib iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri
sənədləri əlavə etməklə yazılı məlumat
verir.
5.13. Müşahidə
Şurasının əyani və distant formada keçirilən
iclasları onun üzvlərinin yarıdan çoxu iştirak
etdikdə, qiyabi formada keçirilən iclasları isə
üzvlərin yarıdan çoxu səsvermə bülletenlərini
imzaladıqda səlahiyyətlidir. Müşahidə
Şurasının əyani və distant formada keçirilən
iclaslarına Müşahidə Şurasının
üzvü olmayan şəxslər də dəvət oluna bilərlər.
5.14. Müşahidə
Şurasının iclaslarında qərarlar
aşağıdakı qaydada qəbul olunur:
5.14.1.
Müşahidə Şurasının əyani və distant
formada keçirilən iclaslarında qərarlar açıq
səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin
sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər
bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir;
5.14.2.
Müşahidə Şurasının qiyabi formada keçirilən
iclaslarında qərarlar üzvlər tərəfindən səsvermə
bülletenlərinin imzalanması yolu ilə qəbul edilir;
5.14.3.
Müşahidə Şurasının qarışıq formada
keçirilən iclaslarında qərarlar bu Nizamnamənin
5.14.1-ci yarımbəndinə uyğun olaraq keçirilən səsvermə
və bu Nizamnamənin 5.14.2-ci yarımbəndinə uyğun
olaraq səsvermə bülletenlərini imzalamış
üzvlərin səsi nəzərə alınmaqla qəbul
edilir;
5.14.4.
Müşahidə Şurasının üzvü iclasın
gündəliyinə daxil edilmiş istənilən məsələ
barədə Ümumi Yığıncaq tərəfindən qərar
qəbul edilməsi tələbi ilə AİH-yə müraciət
edə bilər. Müraciətlə bağlı AİH qərar
qəbul edənədək, həmin məsələyə
Müşahidə Şurası tərəfindən baxıla
bilməz;
5.14.5. iclasın gündəliyinə Müşahidə
Şurasının üzvlərinin (sədr də daxil
olmaqla) maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında AİH-yə ətraflı
yazılı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin
məsələyə dair səsvermədə iştirak etməməlidir;
5.14.6. gündəliyə daxil edilməmiş və
ya tələb olunan aidiyyəti sənədləri iclasdan
qabaq təqdim edilməmiş məsələlər barədə,
bütün iştirakçı üzvlərin
razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul
edilə bilməz.
5.15. Müşahidə
Şurasının iclaslarının nəticələri
Müşahidə Şurasının sədri və korporativ
katib tərəfindən imzalanmaqla protokolla rəsmiləşdirilir.
Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması,
iştirak etmiş üzvlər barədə məlumat,
iclasın gündəliyi, üzvlərin gündəliyə
daxil edilmiş məsələlərə dair çıxışlarının
xülasəsi, səsvermənin nəticələri və qəbul
edilmiş qərarlar əks olunur.
5.16. Müşahidə Şurası bu
Nizamnamənin 5.5.5-ci yarımbəndinə uyğun olaraq
aşağıdakı komitələri yaradır:
5.16.1.
Audit Komitəsi;
5.16.2. Təyinat
və Mükafatlandırma Komitəsi;
5.16.3.
Strategiya və İnvestisiyalar Komitəsi.
5.17. Korporativ katib AİH-nin təqdimatına
əsasən Müşahidə Şurası tərəfindən
Müşahidə Şurasının üzvü olmayan şəxslər
sırasından vəzifəyə təyin və vəzifədən
azad edilir və Müşahidə Şurasının sədrinə
hesabat verir. Korporativ katib Müşahidə
Şurasının iclasında iştirak edə bilmədikdə,
Müşahidə Şurasının sədri onu əvəz
edəcək şəxsi təyin edir.
5.18. Korporativ katib:
5.18.1.
Müşahidə Şurasının iclaslarını təşkil
edir;
5.18.2. bu Nizamnamənin 5.12-ci bəndində nəzərdə
tutulmuş vəzifəni icra edir;
5.18.3.
Müşahidə Şurasının iclasına aid
materialları bu Nizamnamədə göstərilən qaydada və
müddətdə AİH-yə və Müşahidə
Şurasının üzvlərinə təqdim edir;
5.18.4.
AİH ilə Müşahidə Şurasının üzvləri,
eləcə də İdarə Heyəti arasında sənəd
və məlumat mübadiləsini həyata keçirir;
5.18.5.
Müşahidə Şurasının qərarlarının
layihələrini hazırlayır, baxılması və
imzalanması üçün Müşahidə
Şurasının sədrinə təqdim edir;
5.18.6.
Müşahidə Şurasının iclaslarının
protokolunu tərtib edir və imzalanmaq üçün
Müşahidə Şurasının sədrinə təqdim
edir.
5.18.7.
Müşahidə Şurasının qəbul etdiyi qərarların
aidiyyəti üzrə göndərilməsini təmin edir.
5.19. Şirkətin fəaliyyətinə
cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin
İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi 14 (on dörd)
üzvdən - Şirkətin prezidentindən, Şirkətin
birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri
üzrə, yataqların işlənməsi üzrə,
iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr
və marketinq üzrə, sosial məsələlər üzrə,
ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları
üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli
və qaz təsərrüfatı məsələləri
üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən
ibarətdir.
5.20. Şirkətin İdarə Heyətinin
vəzifələri aşağıdakılardır:
5.20.1.
Şirkətin strukturuna daxil olan qurumların fəaliyyətinə
dair illik iş planlarını və onların icra vəziyyətinə
dair hesabatları təsdiq etmək;
5.20.2.
Şirkətin mərkəzləşdirilmiş
fondlarının yaradılmasına və istifadəsinə dair Müşahidə
Şurasına təkliflər vermək;
5.20.3.
Şirkətin strukturuna daxil olan qurumlar arasında
qarşılıqlı münasibətlərin, məhsul, xidmət
və işlərin qiymətlərini müəyyən etmək;
5.20.4.
Şirkətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat
funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə
dair qərar qəbul etmək;
5.20.5.
Şirkətin xarici dövlətlərin aidiyyəti
qurumları ilə birgə işinin m?qs?d?uyğunluğu
barədə qərar qəbul etmək;
5.20.6.
Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin
həlli üçün tədbirlər görmək;
5.20.7. bu Nizamnamə ilə Ümumi
Yığıncağın və Müşahidə
Şurasının səlahiyyətlərinə aid edilməyən
digər məsələləri həll etmək.
5.21. İdarə Heyətinin rəhbəri
ayda 1 (bir) dəfədən az olmayaraq
İdarə Heyətinin iclaslarını
çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə
Heyətinin üzvləri və Müşahidə
Şurası çıxış edir. İdarə
Heyətinin iclasında hər bir üzvün bir səsi
olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir, səslər bərabər olduqda, iclasa sədrlik edənin
səsi həlledicidir.
5.22. İdarə Heyətinin
iclaslarına münasibətdə bu Nizamnamənin 5.14.4 -
5.14.6-cı yarımbəndlərində nəzərdə
tutulmuş müddəalar tətbiq edilir. İdarə
Heyətinin iclasları bu Nizamnamənin 5.15-ci bəndinə
uyğun olaraq protokollaşdırılır.
5.23. Şirkətin prezidenti:
5.23.1.
Şirkətin işini təşkil edir və onun cari fəaliyyətinə
rəhbərlik edir;
5.23.2. bu Nizamnamə ilə müəyyən
edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə
Müşahidə Şurasına təkliflər verir və sənədlər (o cümlədən Şirkətin
illik və rüblük hesabatlarını, habelə strateji
planlarının icrası barədə hesabatları) təqdim
edir;
5.23.3.
Şirkətin korporativ strukturunu və ştat cədvəlini
Müşahidə Şurası ilə
razılaşdırmaqla təsdiq edir;
5.23.4.
Şirkətin qarşısında duran vəzifələrin
yerinə yetirilməsini təmin edir;
5.23.5.
Şirkətin Baş Ofisinin və Şirkətin strukturuna
daxil olan qurumların səmərəli fəaliyyət
göstərməsi üçün tədbirlər
görür;
5.23.6.
Ümumi Yığıncağın və Müşahidə
Şurasının qərarlarının icrasını təmin
edir;
5.23.7.
Şirkətin Baş Ofisinin struktur bölmələrinin əsasnamələrini
təsdiq edir, bu Nizamnamə ilə müəyyən
edilmiş hallar istisna olmaqla, Şirkətin Baş Ofisinin
işçilərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görülməsi barədə
qərarlar qəbul edir;
5.23.8. dövlət orqanları (qurumları) və
yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki şəxslərlə münasibətdə
Şirkəti təmsil edir;
5.23.9. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində Şirkətin adından əməliyyatlar
aparır, müqavilələr bağlayır və onların
yerinə yetirilməsini təmin edir;
5.23.10. Şirkətin əmlakından bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə edir, Şirkətin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir;
5.23.11. Şirkətin fəaliyyətinin təşkili
ilə əlaqədar icrası məcburi olan daxili sərəncamlar
və əmrlər verir;
5.23.12. Müşahidə Şurası ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, həmçinin onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.23.13. aidiyyəti şəxslərlə Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdlərin təsdiqinə dair Müşahidə Şurasına təkliflər verir;
5.23.14. Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.
5.24. Şirkətin prezidenti müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyətinin üzvlərindən biri icra edir.
5.25. Şirkətin İdarə Heyətinin üzvləri eyni zamanda Şirkətin strukturuna daxil olan müvafiq qurumun rəhbəri vəzifəsini tuta bilərlər.
5.26. Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.”.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci və 2-ci hissələr ləğv edilsin;
2.2. aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:
“3-1. Təyinat və Mükafatlandırma Komitəsi;
3-2. Strategiya və İnvestisiyalar Komitəsi.”;
2.3. 10-cu hissədə “hüquqi şəxslər” sözləri “təsərrüfat cəmiyyətləri” sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 may 2021-ci il
Azərbaycan.-2021.-
9 may.- S.10.