Regionların tərəqqisi üçün yeni imkanlar yaranıb
İlham
Əliyevin bölgələrin davamlı inkişafı istiqamətində
həyata keçirdiyi layihələr uğurlu nəticələr verir
Postmüharibə dövründəyik. Qələbəmizlə başa çatan İkinci Qarabağ savaşından sonra yaranan reallıqlar fonunda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Milli Prioritetlər - müasir inkişaf modeli qarşıdakı illərdə hərtərəfli yüksəlişin təmini üçün mühüm yol xəritəsidir. Bu prioritetlərin uğurlu icrası Azərbaycana növbəti 10 ildə daha böyük siyasi-iqtisadi uğurlar qazandıracaq.
Regionların yüksəlişi hər
zaman prioritetlər sırasındadır
Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin taktiki və strateji özəllikləri
Azərbaycana böyük
uğurlar qazandırıb. Düzdür, qlobal pandemiya dövründə iqtisadiyyat
zərər görsə
də, böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə, hətta regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
icrasına təsir göstərə bilməyib.
Ölkədə heç bir
sosial layihə təxirə salınmayıb.
Bu nailiyyətləri,
əlbəttə ki, Azərbaycan öz uğurlu siyasəti hesabına əldə edib, özü də əraziləri işğal altında, çox çətin geosiyasi vəziyyətdə
olan ölkə kimi qazanıb. Bu gün isə
qalib dövlət kimi qarşısında çox böyük imkanlar açılıb.
Bunu nəzərə alan dövlət
başçısı növbəti
illərdə hərtərəfli
tərəqqi üçün
yeni inkişaf strategiyası müəyyənləşdirib.
Bu sənəddə regionların sosial-iqtisadi inkişafı prioritetlər
sırasındadır.
Hazırda “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının üçüncü
ilində nəzərdə
tutulan layihələrin
icrası uğurla davam edir. Regionların inkişafına dair dördüncü proqram əvvəlki dövrlərdə
qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram
çərçivəsində görülən işlər
ölkə əhalisi
tərəfindən də
yüksək qiymətləndirilir.
Çünki regionlarda
yaradılan müəssisələr,
fabrik və zavodlar, sənaye park və məhəllələri
ilk növbədə yeni
iş yerlərinin açılmasını, əhalinin
məşğulluq səviyyəsinin
yüksəlməsini şərtləndirir,
insanların həyat səviyyəsini yaxşılaşdırır,
ölkəmizin iqtisadiyyatını
sürətləndirir, həmçinin
qeyri-neft sənayesinin
inkişafı getdikcə
daha böyük vüsət alır.
Əvvəlki dövlət proqramları
əsasında regionların
inkişaf etdirilməsi,
bölgələrlə paytaxt
arasındakı fərqin
mərhələli şəkildə
aradan qaldırılması
istiqamətində fəaliyyətlərin
həyata keçirildiyini
nəzərə alsaq,
regionların inkişafının
Azərbaycan üçün
prioritet olduğunu deyə bilərik. Xüsusilə də son illər regionların inkişafı
ilə bağlı aparılan siyasət makroiqtisadi göstəricilərin,
bu isə qeyri-neft ixracatında bölgələrin payının
artmasına gətirib
çıxarıb. Yeni proqram
çərçivəsində regionlara 17 milyon manata yaxın investisiyanın qoyulması
nəzərdə tutulur.
Bu rəqəmin daha böyük olacağı da gözlənilir.
İqtisadi artımın templərinə
görə rekordsmen bölgə
Hər ay demək
olar ki, ölkənin müxtəlif
regionlarında yeni-yeni
sosial-iqtisadi müəssisələr
açılır, yol-nəqliyyat
infrastrukturu yenidən
qurularaq istifadəyə
verilir. Prezidentin ötən həftə Naxçıvan və Qəbələyə səfərləri
çərçivəsində açılışını etdiyi obyektlər də bunu təsdiqləyir.
Yəni həm müxtar respublikada, həm də Qəbələdə
açılışı olan, təməli qoyulan mühüm obyektlər görülən
işlərin tərkib
hissəsidir.
Öncə Naxçıvanda reallaşan
layihələrə nəzər
yetirək - Əlahiddə
Ümumqoşun Ordunun
hərbi aerodromu, Naxçıvan Qarnizonunun
Mərkəzi Hospitalı,
Süni Mayalanma Mərkəzi, “Azərxalça”
ASC-nin Naxçıvan
filialı, Culfa-Ordubad
magistral avtomobil yolu, başa çatan “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi. Prezident muxtar respublikaya 15-ci səfəri çərçivəsində 6 yeni obyektin açılışını
etdi, həmçinin Naxçıvan
Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının
təqdimatına qatıldı. Bununla yanaşı, İlham Əliyev “ASAN xidmət” Mərkəzinin binasının,
Ordubad Su Elektrik Stansiyasının tikintisi,
eləcə də Ordubad Dəmir Yolu Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu.
Prezident muxtar respublikada həyata keçirilən
məqsədyönlü tədbirləri,
kompleks quruculuq işlərini yüksək
qiymətləndirərək vurğuladı ki, Naxçıvan sürətlə
inkişaf edir, bütün sahələr
üzrə işlər
müsbət istiqamətdə
gedir. Təkcə onu demək
kifayətdir ki, qazlaşdırmanın səviyyəsi,
elektrik enerjisi ilə təchizat artıq 100 faizə çatıb və Naxçıvanda çox
böyük enerji potensialı yaradılıb.
Vaxtilə elektrik enerjisinə
həsrət qalan Naxçıvan indi özünü enerji ilə tam təmin edir və bərpaolunan
mənbədən bəhrələnir.
Burada yol-nəqliyyat və digər infrastrukturların
yenidən qurulma prosesi də uğurla icra edilir. Bütün şəhərlərin magistral yollarla bir-birinə bağlandığı
da bunu bir
daha təsdiqləyir.
Naxçıvanın sosial-iqtisadi və
qeyri-neft sənaye potensialı da inkişaf etməkdədir.
Son 20 il ərzində
iqtisadi artımın templərinə görə,
Naxçıvanı rekordsmen
bölgə adlandıran
Prezident dedi ki, burada ümumi
daxili məhsul 10 dəfədən çox
artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər
nəticəsini verməkdədir.
Yəni bütün bunlar inkişafın təzahürüdür.
Bu gün Naxçıvan
ölkəmizin ən
inkişaf etmiş bölgələrindən biridir.
Yeni dəmir yolu xətti, 310 metrlik körpü
Prezidentin Qəbələ səfəri
zamanı da bir sıra mühüm
obyektlər istifadəyə
verildi. İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli
dəmir yolunun açılışını etdilər. Həmçinin
Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış
məntəqəsini rayon mərkəzindən
və digər yaşayış məntəqələrindən
ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində
Bum çayı üzərində
yeni körpünün
və Bum qəsəbəsinə
gedən 2 kilometrlik avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi
mərasiminə qatıldılar.
Eyni zamanda Nic qəsəbəsində yerləşən
Müqəddəs Məryəm
Ana Alban kilsəsində, 1 saylı
orta məktəbdə
və Müqəddəs
Yelisey adına
Cotari kilsəsində
görülən işlərlə
tanış oldular.
Dəmir yollarının müasirləşdirilməsi
ölkəmizin iqtisadi
potensialını nümayiş
etdirməklə yanaşı,
həm də sosial sahənin inkişafına yüksək
diqqətin real göstəricisidir.
Yeni istifadəyə veriləcək
Ləki stansiyası-Qəbələ
birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə
başlanılıb. Dəmir
yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla
birlikdə isə 44,5
kilometrdir.
Müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər bölgələrə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatmasına hərtərəfli imkan yaradacaq.
Bum çayı üzərində yeni körpü və yol Prezidentin “Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.
Qəbələnin Nic qəsəbəsi isə tolerantlığın kiçik modeli hesab olunur. Bu kənddə hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını bu qəsəbədə məskunlaşıb. Bütün bunlar bir daha təsdiq edir ki, dünyada həm də multikultural məkan kimi tanınan Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar.
Prezident qəsəbədə olarkən
tapşırıqlar da
verdi. Qəsəbədəki
1 nömrəli məktəb
təmir edilməli, eyni zamanda həyətində idman kompleksi yaradılmalıdır.
Bu işləri Heydər Əliyev Fondu həyata keçirəcək. 4 nömrəli məktəbdə
isə təmir işləri dövlət
xətti ilə reallaşdırılacaq.
Yeni layihələr Qarabağın
da dirçəlişinə
təkan verəcək
Respublikanın regionlarının inkişafı
ölkədə uğurla
həyata keçirilən
davamlı sosial-iqtisadi
inkişaf strategiyasının
mühüm tərkib
hissəsidir. Son illərdə
aparılan nəhəng
sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini
tamamilə dəyişib.
İcrası başa çatan
dövlət proqramları
çərçivəsində
2014-2018-ci illərdə regionların
inkişafına, ümumilikdə, 24,2 milyard manat vəsait
yönəldilib. Dövlət
başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı imzaladığı 400-dən çox
sərəncamla 2,8 milyard manat vəsaitin
ayrılması regionların
sosial-iqtisadi inkişafında
həlledici rol oynayıb. Bu illər
ərzində regionlarda
yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması
üçün içməli
su xətləri çəkilib, modultipli sutəmizləyici qurğular
quraşdırılıb. Uzunluğu 17
min kilometrdən çox
olan yollarda təmir-tikinti işləri
aparılıb, körpü
və tunellər istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət
proqramları çərçivəsində
son 17 ildə minlərlə
məktəb, yüzlərlə
uşaq bağçası,
tibb müəssisəsi
tikilib və ya əsaslı təmir edilib.
Regionların yüksəlişi sahəsində
qəbul edilmiş və uğurla həyata keçirilmiş
dövlət proqramlarında,
habelə bölgələrin
sosial-iqtisadi inkişafına
dair əlavə tədbirlərlə bağlı
sərəncamlarda nəzərdə
tutulmuş vəzifələrin
icrası ölkədə
qeyri-neft sektorunun davamlı inkişafına,
kommunal xidmətlərin
və sosial infrastruktur təminatının
keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılmasına
təkan verib. Elə bunun nəticəsidir ki, bütün bunların sayəsində regionlara
investisiya qoyuluşu getdikcə artır və yeni müəssisələr,
iş yerləri açılır. Tezliklə
işğaldan azad edilən ərazilərdə reallaşacaq
sosial layihələr də həm Qarabağın dirçəlişinə
təkan verəcək,
həm də “Böyük Qayıdış”ı
sürətləndirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 20 may.- S.1;4.