Dövlət
başçıları regionda münaqişədən
sonrakı vəziyyəti müzakirə ediblər
Mayın
19-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinin telefon söhbəti olub.
2020-ci
il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli
bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin
və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin
həlli vurğulanmaqla regionda münaqişədən
sonrakı vəziyyətlə bağlı məsələlər
müzakirə edilib.
Bu
kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu
yaxınlarda baş vermiş hadisələrə diqqət
yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi
fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla
aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini
və Azərbaycan ilə Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası və demarkasiyası prosesinin
başlanması barədə razılıq əldə edilməsinə
yönəlmiş konsultativ köməklik göstərməyi
davam etdirəcək.
İkitərəfli
gündəliyin mühüm aspektlərinə dair fikir
mübadiləsi də aparılıb. Prezident İlham
Əliyev Rusiya vaksinlərinin göndərilməsinə
görə səmimi minnətdarlığını ifadə
edib. Bütün istiqamətlərdə
qarşılıqlı faydalı əməkdaşlığın
dərinləşdirilməsində hər iki tərəfin
maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq
nazirliklər və idarələr xətti ilə intensiv təmaslar
buna yönəldiləcək.
Azərbaycan.-2021.- 20 may.- S.1.