Prezident İlham Əliyev Şuşada
bərpa edilən “Xan qızı”
bulağında olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya
səfəri
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
və ailə üzvləri bulağın suyundan içiblər.
Prezident İlham Əliyev deyib:
“Xan
qızı” bulağını bərpa etmişik. Keçən
dəfə yanvar ayında Şuşada
olarkən demişdim ki,
Natəvan bulağını bərpa edəcəyik. Yenə də
bulaq Şuşa sakinlərinin,
qonaqların sərəncamına veriləcəkdir. Mənfur
düşmən bu bulağı qurutmuşdu, bütün
bulaqları qurutmuşdu. Bu
da onu göstərir ki, Şuşa həmişə
ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa
dirçəlir və Şuşanın rəmzlərindən
biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün
bu bulaqdan su içmişəm.
Azərbaycan.-2021.- 17 may.- S.8.