Şuşada
“Xarı Bülbül” oteli yenidənqurmadan sonra
açılıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın Şuşaya səfəri
Mayın
12-də Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan
sonra açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,
qızları Leyla Əliyeva və Arzu Əliyeva
açılışda iştirak ediblər.
Dövlətimizin
başçısı oteldə yaradılan şəraitlə
tanış oldu.
Məlumat verildi ki, oteldə
ümumilikdə 49 otaq
var. Onların hamısı
qonaqların qalması
və rahat istirahət etməsi üçün bütün
zəruri infrastrukturla
təchiz olunub. Bu cür
obyektlərin istifadəyə
verilməsi Azərbaycanın
mədəniyyət paytaxtı
olan Şuşanın
turizm potensialının
möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı,
işğaldan azad edilmiş ərazilərimizdə,
o cümlədən tarixi
Şuşa şəhərində
icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.
Azərbaycan.-2021.-
17 may.- S.7.