“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması” layihəsinin açılışı olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da
“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə içməli su mənbəyi kimi 5 subartezian quyusu qazılıb, Sutəmizləyici Qurğular Kompleksi inşa olunub, subartezian quyularından kompleksə təzyiqli boru xətti çəkilib. Kompleksə sutəmizləyici qurğu, nasos stansiyası xam və təmiz su anbarları daxildir. Sutəmizləyici qurğu gün ərzində 11 min kubmetr su təmizləmə gücünə malikdir. İş prosesi tam avtomatlaşdırılıb. Su anbarlarının səviyyəsinə, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunur. Subartezian quyularından kompleksə daxil olan su ozon qurğusu vasitəsilə dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür, mexaniki süzgəclərdə təmizlənib anbarlara yığılır, sonra paylayıcı su anbarına vurulur, şəbəkənin bir hissəsinə isə öz axını ilə verilir. Beləliklə, layihənin icrası sayəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.
Prezident İlham Əliyev Ordubad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti görüşdə
çıxış etdi.
İctimaiyyət nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi təbrik edirəm, Ordubad şəhərinin içməli
su ilə təmin edilməsi istiqamətində önəmli
addımlar atıldı.
Artıq
Ordubad şəhərinə
də təmiz içməli su verilir. Artıq bir müddətdir ki, şəhərin və Şəhriyar qəsəbəsinin sakinləri
bu sudan
istifadə edirlər.
Çox
əlamətdar hadisədir.
Bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Son illər
görülmüş işlər
nəticəsində demək
olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu
layihələr icra edilib. Bir neçə şəhər
qalıb ki, orada da yaxın
gələcəkdə içməli
su və kanalizasiya layihələri
icra ediləcək.
Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər
içməli su və kanalizasiya şəbəkəsi ilə
təmin edilib - Naxçıvan şəhəri,
Şərur, Şahbuz,
Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli,
Babək və Sədərəkdə də
içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək.
Necə ki, vaxtilə təbii qazla və elektrik
enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. Yollar da infrastruktur
layihələri arasında
xüsusi yer tutan layihələrdir.
Bu gün artıq
yeni çəkilmiş
Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim.
Yol şəbəkəsinin qurulması
istiqamətində də
demək olar ki, bütün şəhərlərarası layihələr
başa çatıb.
Bu gözəl hadisə münasibətilə
sizi təbrik edirəm.
Bu gün ölkəmizin
həyatında xüsusi
bir gündür - Ulu Öndərin doğum günüdür. Bu gün
Naxçıvanda olmağımın,
əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən
mütləq Ulu Öndərin Vətənində
olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda
iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün
məsələlər öz
həllini tapır - təhlükəsizlik, sosial-iqtisadi
inkişaf, sənaye, kənd təsərrüfatı,
infrastruktur. Biz bundan
sonra da bu yolla gedəcəyik
ki, ölkəmizin hər bir yerində,
əlbəttə ki, bizim tarixi diyarımız
olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə
yüksək səviyyədə
görülsün, insanlar
daha da yaxşı
yaşasınlar və
ölkəmiz daha da güclənsin. Sizi bir daha təbrik
edirəm.
Sakinlər: Sağ olun.
Sonra ictimaiyyətin
adından Cəbi Quliyev çıxış
edərək Naxçıvanda
davamlı inkişafın
təmin edildiyini vurğuladı və buna görə Naxçıvan ictimaiyyəti
adından Prezident İlham Əliyevə dərin təşəkkürünü
bildirdi. O, 44 günlük
Vətən müharibəsində
torpaqlarımızın işğaldan
azad edilməsinin dövlət-xalq birliyinin əyani ifadəsi olduğunu dedi. Vurğuladı ki, bu qələbə nəqliyyat
dəhlizinin açılması
hesabına Naxçıvan
Muxtar Respublikasının
30 illik blokadasına
son qoyacaq. O da bildirildi ki, ölkəmizdə həyata
keçirilən inkişaf
strategiyası muxtar respublikanı da əhatə edib, Naxçıvan özünün
ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə
nail olub. Belə ki, muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilib. Yeni hərbi obyektlər istifadəyə verilib, ordu hissə və birləşmələrinin
maddi-texniki bazası möhkəmləndirilib, şəxsi
heyətin döyüş
qabiliyyəti artırılıb.
Prezident İlham Əliyevin bu səfəri zamanı istifadəyə verilən obyektlər də ölkəmizdə insan amilinə verilən yüksək dəyərin ifadəsidir
və Naxçıvanın
daha da inkişafında
mühüm rol oynayacaq.
Qeyd edək ki, uzun
illərdir mənfur qonşularımızın fitnəkarlığı
ucbatından blokada şəraitində yaşamasına
baxmayaraq, Naxçıvan
Muxtar Respublikasında
sosial layihələrin
icrası bir an belə səngiməyib.
“Ordubad rayon mərkəzi
və ətraf kəndlərinin içməli
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də bu qəbildəndir.
X X X
Daha sonra
dövlətimizin başçısı ulu
öndər Heydər Əliyevin Ordubad
şəhərindəki büstü
önünə gül dəstəsi qoydu.
Azərbaycan.-2021.- 17 may.- S.5.