“Azərxalça”
ASC-nin Naxçıvan filialının
açılışı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Naxçıvan filialının açılışında
iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov dövlətimizin
başçısına görülən işlər barədə
məlumat verdi.
Prezident
İlham Əliyev filialda yaradılan şəraitlə
tanış oldu.
Qeyd
edək ki, Azərbaycan xalçaçılıq sənəti
tarixində Naxçıvan xalçaçılıq məktəbinin
də özünəməxsus yeri və rolu var. Zəngin
koloriti, təkrarsız naxışları və orijinal
kompozisiyaları ilə seçilən Naxçıvan
xalçaları Azərbaycan xalça sənətini ənənəvi
naxış və elementləri, özünəməxsus rəng
çalarları ilə zənginləşdirib. Tarixən
Naxçıvanda xalqımızın qədim mədəniyyətini,
məşğuliyyətini və həyat tərzini
özündə əks etdirən dəyərli xalça
nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə
ötürülərək yaşadılıb. Bu gün də
muxtar respublikada xalçaçılıq sənətinin
inkişafına xüsusi diqqət yetirilir, xalq
yaradıcılığı növlərindən biri kimi
yaşadılır və təbliğ olunur.
Xalçaçılığı inkişaf etdirmək məqsədilə
yeni istehsal müəssisələri yaradılır. Dövlətimizin
başçısının 2018-ci ilin fevralında
imzaladığı “Naxçıvan şəhərində xalça
istehsalı emalatxanasının tikintisi, təchizatı və
infrastrukturunun yaradılması ilə bağlı tədbirlər
haqqında” Sərəncamına əsasən Naxçıvan
Xalça İstehsalı Emalatxanası, Naxçıvan
Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü
Məntəqəsi fəaliyyətə başlayıb. 2019-cu
ildə burada 27 ton, ötən il 55 ton olmaqla, ümumilikdə
82 ton yun tədarük edilib. “Azərxalça” ASC-nin
Naxçıvan filialında 60-dan çox insan işlə təmin
olunub.
Azərbaycan.-2021.- 17 may.- S.4.