Tatarıstan Respublikasının Prezidenti
cənab Rüstəm
Minnixanova
Hörmətli Rüstəm Nurqaliyeviç.
Kazan şəhərindəki 175 nömrəli məktəbdə
atışma nəticəsində
uşaqların və
yaşlıların həlak
olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.
Bu əvəzedilməz itkiyə görə dərdinizə şərik
olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi
qəlbdən başsağlığı
verir, zərər çəkənlərin hamısının
tezliklə sağalmasını
arzu edirəm.
İlham Əliyev və
Mehriban Əliyeva
Bakı şəhəri, 11 may, 2021-cil il
Azərbaycan.-2021.-
17 may.- S.2.