Azərbaycan Respublikası Prezidentinin “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında və 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 287-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

 

1.         “ASAN ödənişsistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 125; 2017, ¹ 2, maddə 175, ¹ 7, maddə 1349, ¹ 11, maddə 2016; 2018, ¹ 8, maddə 1689; 2019, ¹ 4, maddə 660; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1312 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.      5.2-ci bəndəqərarlarısözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokollarısözləri əlavə edilsin;

 

1.2.      həmin Fərmanla təsdiq edilmiş “ASAN ödənişsistemi haqqında Əsasnaməüzrə:

 

1.2.1. 1.2.1-ci yarımbəndəqərarlarınsözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokollarınsözləri əlavə edilsin;

 

1.2.2. 4.0.10-cu yarımbəndəqərarısözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokollarısözləri əlavə edilsin;

 

1.2.3. 4.0.11-ci yarımbəndə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilsin;

 

1.2.4. 7.1.1-ci yarımbəndə “qərarı” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolu” sözləri əlavə edilsin;

 

1.2.5. 7.1.5-1-ci yarımbəndə “foto” sözündən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolunya inzibati tənbeh vermə haqqında elektron qərarın, habelə” sözləri əlavə edilsin;

 

1.2.6. 7.5-ci bəndə “məbləği,” sözündən sonrainzibati xəta haqqında elektron protokolunya” sözləri əlavə edilsin;

 

1.2.7. 7.9-cu bəndə “qərarla” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolla” sözləri əlavə edilsin;

 

1.2.8. 7.10-cu bəndə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilsin;

 

1.2.9. 7.18-ci bəndin birinci cümləsinə “qərarın” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun” sözləri əlavə edilsin.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 634; 2020, ¹ 4, maddə 417) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

2.1.      2.3.7-ci yarımbəndə “aparılması” sözündən sonra “, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi və bununla bağlı icraatın aparılması” sözləri əlavə edilsin;

 

2.2.      aşağıdakı məzmunda 4.1.14-1-ci yarımbənd əlavə edilsin:

 

“4.1.14-1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;”.

 

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2021-ci il

Azərbaycan.-2021.- 21 may.- S.2.