Baş nazir Əli Əsədova Rusiya
İqtisadiyyat Universitetinin
Fəxri doktoru adı verilib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 20-də G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetində olub.
AZƏRTAC
xəbər verir ki, ulu öndər Heydər Əliyevin 1970-ci
illərdə gənclər və təhsil siyasətinin tərkib
hissəsi kimi yüzlərlə azərbaycanlı gənc
keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki
ali təhsil müəssisələrində təhsil alıb
Azərbaycana qayıdaraq müxtəlif sahələrdə
çalışırlar.
Baş
nazir Əli Əsədov Ulu Öndərin təhsil almaq
üçün ölkə xaricinə göndərdiyi gənclərdən
biri olub və 1974-1978-ci illərdə Moskva Xalq Təsərrüfatı
İnstitutu, hazırda isə Rusiya İqtisadiyyat Universiteti
adlanan bu ali məktəbdə təhsil alıb.
Baş
nazir Əli Əsədov Elmi Şurada çıxış
edib və ulu öndər Heydər Əliyevin müstəqillik
dövründə apardığı iqtisadi islahatların
mahiyyəti və hədəfləri haqqında
danışıb, hərtərəfli
düşünülmüş neft strategiyasının
bugünkü müsbət nəticələrini qeyd edib.
Baş
nazir Prezident İlham Əliyevin bazar iqtisadiyyatı istiqamətində
apardığı islahatlar, müasir tələblərə
cavab verən enerji siyasətinin əsas prinsipləri və
perspektivləri, investisiya mühiti barədə məlumat
verib, iqtisadi və enerji siyasətinin qənaətbəxş
sosial nəticələri haqqında danışıb, son illərdə
Azərbaycanın yüksək beynəlxalq reytinqlər
qazandığını qeyd edib.
G.V.Plexanov
adına Rusiya İqtisadiyyat Universitetinin Elmi
Şurasının qərarı ilə Baş nazir Əli
Əsədova Fəxri doktor adı verilib və bugünkü
tədbirdə doktorluq mantiyası ona təqdim olunub.
Azərbaycan.-2021.- 21 may.- S.3.