BU QƏDDARLIQ HARDANDIR?!

 

 

Heç kimi müdafiə etmək niyyətində deyiləm!

Kimsəyə də  qarşı qərəzim yoxdur!

Sadəcə sosial şəbəkələrdə vaxtaşırı müşahidə etdiyimiz və cəmiyyətdəki   müəyyən proseslərin əksi olan bir neçə xoşagəlməz məqam barədə təəssüratımı bildirmək istəyirəm.

Hansısa şairin  nəzmə çəkdiyi böyük həqiqətdir:

 

 

 

Babalarımız kasıb oldu, mərd oldu!

Qoçaq oldu, mərd  oldu!

Qaçaq oldu, mərd oldu!

Bu namərdlər hardan çıxdı?

Bax, bu mənə dərd oldu!..

 

***

 

Sosial şəbəkənin xoş niyyətlə yaradılmaması artıq möhkəm qənaətimə çevrilir!

 

İnterneti insanlara, dünyaya böyük fayda gətirən məkan, mənbə, həyatımıza böyük müsbət təsir gücü olan vasitə sayıram!

 

Amma hər medalın iki üzü olur.

 

Atom enerjisi insanlara böyük fayda, atom bombası isə böyük fəlakətlər gətirir.

 

Sosial şəbəkədə insanların bir-birini  anması, ad günü, hansısa uğuru münasibətilə təbrik etməsi, isti, mehriban sözlər söyləməsi necə xoşagələndir!

 

Sosial şəbəkələrdə insanların bir-birlərini təhqir etməsi, hayıf çıxması, ələ salıb məsxərəyə qoyması ürək ağrıdır!

 

Axı sosial şəbəkə ictimai söz meydanıdır,  burada yazılanları hamı görür, oxuyur!

 

Görünməyən təkcə içimizdəki xıltdır, üz qızartısıdır, ürək tutmalarıdır.

 

Hərdən düşünürəm: niyə bəzən cəmiyyətin seçilmişlərinə, ziyalılarımıza, dövlət məmurlarına qarşı  bu qədər kinliyik, amansızıq?

 

Bəlkə bu, sovet repressiyasının ziyalılara, tanınmışlara seçilmişlərə qarşı cəzalandırma, asma, kəsmə, güllələmə, sürgünə göndərmə kampaniyalarının şüurumuzda kök salmış qalıqlarıdır?

 

Bilmirəm!

 

Həm qəbul edə bilmirəm!

 

Vay o gündən ki, bir ziyalının əlindən bir xəta çıxa...

 

Vay o gündən ki, bir tanınmış  yanlış addım ata...

 

Vay o gündən ki, bir deputat  ağzındanbişməmiş sözçıxara, yaxudredaktə olunmamışfikir söyləyə...

 

Paho!!!

 

Dünya qopur!

 

Dünya dağılır!

 

Dərhal sovet dövrünün terror maşınına bənzəyənsosial şəbəkə mexanizmiişə düşür!

 

Heç elə bil indi hədəfə  çevrilən  bu insan ömrü boyu cəmiyyətin sevilən, hörmət olunan üzvü deyilmiş...

 

Heç elə bil bu insan  heç kəsə bir yaxşılıq edib, xeyirxah görməyibmiş...

 

Heç elə bil bu insanın doğmaları, yaxınları, dostları yoxdur...

 

Bir qəzəb dalğası başlayır, gəl görəsən!

 

Heç kimi nəzərə almırlar!

 

Kiminsə mənəvi zərbədən sarsılacağını, mənən  məhv olacağını düşünmürlər.

 

Hələ bu harasıdır!

 

Vay o gündən ki,  kimsəgünahkar”ın xoş əməllərini, xidmətlərini yada sala, ona  qahmar çıxa, müdafiə etmək istəyə...

 

Dərhal həminmüdafiəçinin üstünə tökülüşürlər...

 

Dərhal onu daasılmağa layiq  görüləngünahkarabərabər tuturlar...

 

Qurban”ın  müdafiəsi  hüququnu  belə tanımırlar.

 

Qurban”a  könüllü vəkillik etmək, əslində həqiqətləri xatırlatmaq istəyənləri təqsirkarla birlikdə dar ağacına çəkməyə çalışırlar.

 

Niyə?

 

olub?

 

vaxta qədər düşmənləri öz içimizdə axtaracağıq?

 

vaxta qədər bir-birimizə  qənim kəsiləcəyik?

 

vaxta qədər  bir-birimizin  qanını içəcəyik?

 

Bəs deyilmi?

 

Qarşımızda konkret düşmənimizin olmasını, son 30 ildə iyirmi beş mindən çox vətən övladını qətlə yetirərək Qarabağımızı viranəyə çevirməsini görmürükmü?

 

Bu gün düşmənimizi haqsız müdafiə etmək naminə ölkədən kənarda birləşərək bizə qarşı ağız-ağıza verib hürənlərin səsini eşitmirikmi?

 

Özünü üzdə bizə dost göstərərək arxada kürəyimizə bıçaq saplayanlarımız, düşmənlərə dəstək verənlərimiz azdırmı?

 

Elə bil bir qisim adam marığa yatıb.

 

Elə bil fürsət gözləyirlər:

 

Kimisə qaralamağa...

 

Kimisə yaralamağa...

 

Kiminsə axırına çıxmağa...

 

İnfarkt etməyə...

 

Həbsxanaya atmağa...

 

O dünyaya göndərməyə...

 

Bu qəddarlıq hardandır?

 

Bu zalımlıq hardandır?

 

Bu qana susamaq hardandır?

 

Dərhalməhkəmələrqurulur!

 

Dərhalaraşdırmalaraparılır, “ehtimallarirəli sürülür.

 

Dərhal kiminsə səhvi, əlindən çıxan xətasıən dəhşətli əməlhesab olunaraq ən ağır cəzaya layiq görülür:

 

Asılsın!

 

Kəsilsin!

 

Həbsxanaya atılsın!

 

Cəmiyyətdən qovulsun!

 

Daha nələr, nələr olunsun!

 

Niyə hamı hamını ittiham etmək i

 

stəyir?!

 

Niyə hamı özündən başqa qeyrilərininatəmiz”, “cinayətkarsayır?!

 

Bu mövqedir?!

 

Bu yanaşmadır?!

 

Bu qiymətləndirmədir?!

 

Niyə 44 günlük Zəfər müharibəsindəki möhtəşəm birliyimizi qoruyub saxlamayaq?!

 

Niyə birini kəsmək istəyəndə onun da insan olduğunu, səhv edə biləcəyini, keçmişdəki xoş əməllərini yada salmırıq, ədalətli olmağa çalışmırıq?

 

Niyə bizi parçalamaq, hələ yarası sağalmayan vətənimizdə qarşıdurma, xaos,  anarxiya, başıpozuqluq yaratmaq üçün dəridən-qabıqdan çıxanların, bu yolda  milyonlar xərcləyən anti-Azərbaycan şəbəkənin varlığını hələ mənfur niyyətlərindən çəkilmədiklərini unuduruq?

 

Niyə? Niyə? Niyə?

 

Allahımız mərhəmətlidir, bağışlayandır!

 

Bəs biz niyə ürəyibərk, asıb-kəsən olmalıyıq?

 

Niyə insanları mənən məhv etməkdən belə zövq alırıq, az qala  qürur duyuruq?

 

Bəlkə bir qədər düşünək?

 

Bəlkə bir qədər ədalətli olaq?

 

Bəlkə bir qədər rəhmli olaq?

 

Heç olmasa özümüzə qarşı, özümüzünkülərə münasibətdə?

 

Axı bir o qədər çox deyilik!

 

Amma  görün düşmənlərimiz necə çoxdurlar?

 

Birləşməsək, heç zaman onlara qalib gələ bilmərik!

 

Bir olmasaq, qarşıya qoyduğumuz  vəzifələri uğurla həyata  keçirə bilmərik!

 

Həm axı bir olanda, birlikdə olanda əsl gücə çevrilirik!

 

Necə ki Ali Baş Komandanın rəhbərliyi ilə dəmir yumruğa dönərək düşmənin başını əzdik!

 

Bəlkə bu barədə bir qədər düşünək...

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2021.- 21 may.- S.4.