Qəbələ rayonunun Ağdaş-Zarağan
(40 km)-Böyük Pirəli-Kiçik
Pirəli-Xırxatala-Cığatelli Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Yeddi min nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən
Ağdaş-Zarağan (40 km)-Böyük Pirəli-Kiçik
Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil
yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən avtomobil yolunun
tikintisinin başa çatdırılması üçün
zəruri olan maliyyə vəsaitini Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2021-ci il
Azərbaycan.-2021.-
18 may.- S.2.