Yeni “Həyat
yolu”
Bəzən zamanı real bir mənzərə, tablo kimi divardan asıb əvvəlini və axırını mürəkkəb hadisələrin xəritəsi kimi nəzərdən keçirmək, bənzərlikləri və fərqləri müqayisə etmək mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana may ayının 10-dakı səfəri ilə təxminən bir qərinə əvvəl Ulu Öndərin qayıdışından sonrakı illər arasında müəyyən paralellər apara bilərik.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri və Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu, Culfa-Ordubad magistral avtomobil yolunun və Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Culfa-Ordubad magistral avtomobil yolunun və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılış mərasimlərində iştirak etdi.
Qeyd edək ki, bunlar dövlət başçısının muxtar respublikada iştirak etdiyi tədbirlərin yalnız bir qismidir. 30 ildən artıq blokadada yaşayan Naxçıvan MR Azərbaycanın ayrılmaz bir hissəsi kimi ölkənin bütün regionlarında gedən islahatların önündə olaraq sürətlə inkişaf edir. Naxçıvanda bütün çətinliklərə baxmayaraq, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyi təmin edilmiş, ordu quruculuğu ən yüksək səviyyəyə qaldırılmışdır. Muxtar respublikada yeni hərbi obyektlər istifadəyə verilmiş, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Zamanı təxminən bir qərinə geriyə vərəqləyəndə isə 1992-ci ilin may ayında Naxçıvanda jurnalist kimi keçirdiyimiz ağır blokada günləri yada düşür. Biz, bir neçə jurnalist Ulu Öndərin milli kadrları kimi Naxçıvana gəlmişdik. Ona ilk sualımız bu oldu: “Sizin kimi nəhəng siyasi xadim bu kiçik torpağa necə sığışır?” Sual xoşuna gəldiyi üçün ürəkdən güldü və cavab verdi ki, “bilirsinizmi, Naxçıvan düşündüyünüz qədər də balaca yer deyil, buranı qucaqlamaq üçün məndən də nəhəng insan lazımdır”. O zaman bu sözlər bizə böyük siyasi xadimin müdrik cavabı kimi təsir etmişdi. Amma aradan 30 ilə yaxın vaxt ötdükdən sonra bu ifadənin arxasında necə dərin mənanın gizləndiyini başa düşmək çətin deyil.
1992-ci ilin may ayında muxtar respublikada hadisələr iki xətlə inkişaf edirdi. Birincisi, “Həyat yolu”
adını daşıyan
Sədərək körpüsü
Naxçıvanı Türkiyə
ilə birləşdirməli
idi. Burada işlər sürətlə
gedirdi. İkincisi, Ermənistan Naxçıvana
hücum edirdi, demək olar, hər gün ağır döyüşlər
olurdu. Bütün
qüvvəsini toplayan
düşmən bu “Həyat yolu”nu kəsmək, muxtar respublika ilə Türkiyə
arasındakı sərhəd
zolağını işğal
etmək üçün
dəridən-qabıqdan çıxırdı.
Sədərək qəsəbəsi, onun yaxınlığındakı
yaşayış məntəqələri
ermənilərin aramsız
artilleriya atəşlərinə
və canlı qıvvəsinin həmlələrinə
məruz qalırdı.
Biz Sədərəkin üstündəki dağlarda
ən çətin döyüş postlarına
qalxaraq naxçıvanlı
əsgərlərin burada
necə müdafiə
qurduğunun, bir addım belə geri çəkilməməsinin
şahidi olurduq. Heç
yadımızdan çıxmaz:
Sədərəkin üstündə
dağın zirvəsindəki
döyüş postuna
qalxarkən bizi başa salırdılar ki, bu yolda
sağ qalmaq, snayperə və düşmən mərmisinə
tuş gəlməmək
üçün üzü
dağa dırmansan belə qaçmalısan və dağın zirvəsindəki təbii
daş səngərə
tullanmalısan. Tullananda ayağım
büdrədi və mən zirvədəki postun içinə çırpılanda partlayıb
qəlpələri göyə
sovrulan mərminin tüstüsünü gördüm.
Əgər büdrəyib səngərə
çırpılmasaydım, qəlpələr mütləq
məni tutmalı idi. Biz həmin
zirvəyə birinci dəfə idi ki, qalxırdıq, amma bu ölüm
yolunu əsgərlərimiz
hər gün gedib gəlirdilər.
May ayının son gününə
kimi ermənilərin hücumları bir an belə kəsilmədi.
Aramsız hücumlar nəticəsində
yaralananlar, ölənlər
oldu. Amma heç kim
ermənilərdən qorxmurdu.
Sədərək camaatı dağın
arxasında çadır
qurub gecələyir, gündüzlər isə
kəndə qayıdaraq
iş-güclərindən qalmırdılar. İnsanlar nikbin
və həmrəy idilər. O illəri
xatırlayanda görürsən
ki, Naxçıvan doğrudan da kiçik torpaq yox, bütün Azərbaycan və türk dünyası üçün xüsusi
əhəmiyyət kəsb
edən ən vacib strateji regiondur.
Əgər 1992-ci ildə Ermənistan
silahlı qüvvələri
Sədərək körpüsünün
açılmamısı üçün
ölüm-dirim savaşına
qalxmışdılarsa, erməni
siyasi liderləri indi də fərqli
bir tərzdə “Həyat yolu”nun davamının - Zəngilandan
dəmir yolunun açılmasının qarşısını
almağa çalışırıar.
Prezidenti
İlham Əliyev Naxçıvana səfəri
zamanı Azərbaycan
Televiziyasına verdiyi
müsahibədə muxtar
respublikanın müdafiə
potensialının möhkəmlənməsinə
həmişə böyük
diqqət göstərdiyini,
Naxçıvanda Əlahiddə
Ümumqoşun Ordusunun
yaradılmasını və
onun ən müasir silah və texnika ilə təchiz edilməsinə şəxsən
nəzarət etdiyini diqqətə çatdırmışdır:
“Bu gün Naxçıvan
ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə
olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış
texnika gətirilir.
Deyə bilərəm ki, bütövlükdə Azərbaycan
Ordusuna xaricdən gətirilmiş texnikaların
böyük əksəriyyətinin
nümunələri Naxçıvan
Muxtar Respublikasında
mövcuddur”. Dövlət başçısı bu müsahibədə önəmli
strateji yüksəkliklərin
Ermənistan ordusundan təmizləndiyini, strateji
kommunikasiyalara və Ermənistandan Dağlıq
Qarabağa gedən yola da nəzarət
edildiyini də diqqətə çatdırdı.
Prezident
müsahibəsində vacib
bir məqama toxundu: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm.
Çünki bunun da çox böyük rəmzi mənası var.
Bu yaxınlarda buradan təqribən 50-60 kilometr
uzaqlıqda yerləşən
Mincivan qəsəbəsinin
ermənilər tərəfindən
dağıdılmış dəmir yolu stansiyasında baxış
keçirdim. Orada dəmir
yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan
edibdir. Orada bir mərkəz
olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır
və açılacaqdır”.
İndi “Həyat yolu” daha da uzanaraq
Naxçıvandan Zəngəzur
üzərindən keçərək
Zəngilana səmtlənir. Bu dəhliz
haqqında Prezident İlham Əliyev belə demişdir: “Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır.
Heç
kimdə bu haqda şübhə olmasın”. Sonra da dövlət
başçısı bunu
belə izah edir ki, Ermənistan
dəmir yolları anlayışı yoxdur.
Ermənistanın bütün
dəmir yollarının
sahibi Rusiya olduğu üçün
Azərbaycan bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edir: “Şərqi Zəngəzur
bölgəsində yerləşən
Zəngilanı bizim qədim torpağımız
olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə
Naxçıvanla və
Türkiyə ilə birləşdirmək bizim
növbəti tarixi nailiyyətimiz olacaq”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 19 may.- S.7.