TAP - Avropaya yeni mənbədən və yeni marşrutla qaz axını

 

 

Vətən müharibəsinin şiddətli döyüşlərinin getdiyi, Azərbaycan Ordusunun düşmən tapdağında olan kənd və şəhərlərimizi bir-birinin ardınca azad etdiyi günlərdə bir qələbənin müjdəsini də iqtisadi sahədən aldıq. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinin yekunlaşması həmin vaxta təsadüf etdi. Bu, Azərbaycanın neft-qaz tarixində qazanılan, uğurla gerçəkləşən qlobal layihələr salnaməsinə yazılan bir qələbə idi. Zəfər ilimizin son günündə - dekabrın 31-də isə TAP Azərbaycan qazını Avropaya çatdırdı. Beləliklə, tikinti işləri dörd il yarımdan çox çəkən layihə vaxtında və müvəffəqiyyətlə tamamlandı.

TAP Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilmiş “Cənub qaz dəhlizi” layihəsinin ayrılmaz hissəsi, dörd seqmentinin sonuncusudur. Onun istifadəyə verilməsi həm də “Cənub qaz dəhlizi”nin tam sistem kimi işə düşməsi deməkdir. 3500 kilometrlik bu dəhliz Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Trans-Adriatik Qaz Boru Kəmərinin inşasına başlanması region üçün böyük əhəmiyyət kəsb edən hadisə idi. Çünki bu kəmər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə ciddi dəstək verəcək. O, eyni zamanda regionda əməkdaşlıq körpülərini möhkəmləndirəcək, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirəcək.

Təməlqoyma mərasimində bildirilmişdi ki, 2020-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Ona görə də qarşıda qazı Avropa bazarına vaxtında çatdırmaq, tranzit və istehlakçı ölkələrin hər birinin iqtisadi maraqlarının təmin edilməsinə nail olmaq kimi əsas vəzifə dayanır. Zaman bu vəzifələrin layiqincə yerinə yetirildiyini göstərdi.

TAP “Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçirsonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

Göründüyü kimi, kəmər coğrafi şəraiti fərqli olan ərazilərdən keçir. Marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdədir. Tikinti işlərinin çətinliyi də məhz bununla bağlı idi . TAP-ın bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var ki,onların da tikintisi inşaatçılardan böyük səriştə və məsuliyyət tələb edirdi.

TAP-ın tikintisinin uğurla başa çatması həm də onu sübut edir ki, Azərbaycan qazını Avropaya nəql etmək üçün iddialı olan 4 kəmərdən məhz bu xəttə üstünlük verilməsi düzgün olub. Seçim hələ 2013-cü ildə edilib.

Seçim prosesində TAP səkkiz şərtə görə üstünlük qazanıb. Bunlardan birincisi, kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü dördüncü əsas şərt layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə şəffaflıq götürülüb. Altıncı amil kəmərin təhlükəsizliyi səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə digər kəmərlərdən genişləndirmə imkanlarının olduğuna görə fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər da nəzərə alınıb.

TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni mənbədən qaz çıxışına şərait yaranıb. Kəmərlə ilk dövrlərdə Avropaya ildə 10 milyard kubmetr qaz çatdırılacaq. Sonrakı illərdə mavi yanacağın həcmi 20 milyard kubmetrə qədər artırılacaq. Xatırladaq ki, TAP xətti İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

 

TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) Axpo” (5 faiz) şirkətləridir.

 

Layihənin uğurla tamamlanmasında Azərbaycanın rolu şəksizdir. Bu işdəCənub qaz dəhliziMəşvərət Şurasının 2015-ci ildən başlayaraq ildə bir dəfə Bakıda keçirilən iclasları mühüm əhəmiyyət daşıyıb.Yalnız sonuncu - yeddinci toplantı pandemiya ilə bağlı videoformatda keçirilib.Bu toplantılardaCənub qaz dəhlizi”nin digər seqmentləri kimi TAP-ın reallaşmasında ortaya çıxan məsələlər geniş müzakirə olunub layihə iştirakçılarının birgə səyi ilə həll edilib.

Məşvərət Şurasının toplantılarına məhz Bakının evsahibliyi etməsi bir daha sübut edir ki, Azərbaycan layihənin aparıcı qüvvəsidir. Bu, həm ölkəmizin yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq tərəfdaşlıq platformasının təsdiqi, Prezident İlham Əliyevə dünyada bəslənən hörmət inama aydın misaldır.

5 il əvvəl təməli qoyulan TAP-ın işə düşməsi artıq ahəngdar fəaliyyət göstərməsi ölkəmiz üçün mühüm tarixi hadisədir. Regionun Avropanın enerji təhlükəsizliyində önəmli əhəmiyyətə malikCənub qaz dəhlizi”nin sonuncu hissəsinin yekunlaşması həm Azərbaycan qazını gözləyən bütün ölkələr, layihədə tərəfdaşlıq edən şirkətlər üçün böyük hadisə kimi dəyərləndirilir.

 

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 19 may.- S.9.