Azərbaycan Prezidentinin
köməkçisi Brüsseldə Avropa
İttifaqı komissarı ilə görüşüb
Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, bu barədə Oliver Varhelyi
özünün tvitter hesabında bildirib.
Qeyd
edilib ki, görüşdə Aİ-Azərbaycan arasında
ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa
yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin
potensialı müzakirə olunub.
Azərbaycan.-2021.- 19 may.- S.3.