Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi hakimlərinin
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Səlahiyyət müddəti başa çatmış aşağıdakı hakimlər “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Allahverdiyev Əli Kərim
oğlu,
Kuimova
Vera Gennadiyevna,
Qurbanov Yusifəli
Süleyman oğlu.
2. Bu Qərar imzalandığı
gündən qüvvəyə
minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri Sahibə
Qafarova
Bakı şəhəri,
21 may 2021-ci il
Azərbaycan.-2021.- 22 may.- S.8.