Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Səlahiyyət müddəti başa çatmış Salman Bilal oğlu Hüseynov “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Mirbahəddin Mirdamət oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri           Sahibə Qafarova

Bakı şəhəri, 21 may 2021-ci il

Azərbaycan.-2021.- 22 may.- S.8.