Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Səlahiyyət müddəti başa çatmış İlqar Kamal oğlu Dəmirov “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Ağayev Rəşadət Əhməd oğlu,

Paşayev Tofiq Temir oğlu.

 

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri   Sahibə Qafarova

Bakı şəhəri, 21 may 2021-ci il

Azərbaycan.-2021.- 22 may.- S.8.