Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Nuru Nadir oğlu Quliyev vəzifəsi dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əyyub oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri   Sahibə Qafarova

Bakı şəhəri, 21 may 2021-ci il

Azərbaycan.-2021.- 22 may.- S.8.