Azərbaycan
Respublikası Prezidentinin “Avtomobil
yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
2000-ci il 10 mart tarixli 299 nömrəli, “Avtomobil
yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2013-cü il
31 may tarixli 676-IVQD
nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il
27 iyun tarixli 932
nömrəli, “Avtomobil yolları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” 2013-cü il 2 iyul tarixli
933 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 20 iyun tarixli 997 IVQD nömrəli Qanununun
tətbiqi haqqında” 2014-cü il 11 iyul tarixli 230 nömrəli,
“Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli
Qanununun tətbiqi haqqında” 2016-cı il 14 dekabr tarixli
1154 nömrəli, “Avtomobil yolları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun tətbiqi
haqqında” 2019-cu il 31 yanvar
tarixli 504
nömrəli fərmanlarında dəyişiklik edilməsi və
“Avtomobil yolları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə
bağlı əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli
524 nömrəli Fərmanının ləğv edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 10 mart tarixli
299 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 3, maddə 166; 2004, ¹ 12, maddə 1005; 2009, ¹ 10, maddə
784; 2014, ¹ 1, maddə 21, ¹ 10, maddə 1184; 2016, ¹ 6, maddə
1068; 2017, ¹ 12 (I kitab), maddə
2287; 2018, ¹ 8, maddə 1707; 2019, ¹ 11, maddə 1717) 2-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası
Qanununun 1-ci maddəsinin
on birinci və iyirminci (ikinci halda) abzaslarında, 5-ci maddəsinin altıncı
hissəsində (ikinci
halda), 10-1-ci maddəsinin
ikinci hissəsində
(ikinci halda), 13-cü maddəsinin altıncı
hissəsinin birinci cümləsində (ikinci
halda) və on birinci hissəsində (ikinci halda), 14-cü maddəsinin üçüncü
hissəsinin üçüncü
abzasında, 15-1-ci maddəsinin
dördüncü və
altıncı hissələrində,
16-cı maddəsinin birinci
hissəsində (ikinci halda), 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində,
19-2-ci maddəsinin ikinci
hissəsinin birinci cümləsində və
yeddinci hissəsində
(ikinci halda), 21-ci maddəsinin üçüncü
(ikinci halda) və altıncı (hər iki halda)
hissələrində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 25-ci maddəsinin
ikinci, beşinci və altıncı hissələrində və
40-cı maddəsinin ikinci
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin
Qanunun 21-ci maddəsinin
altıncı hissəsində
(ikinci halda) “orqan” dedikdə, Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
2.3. həmin Qanunun 5-ci maddəsinin üçüncü və
beşinci, 6-cı maddəsinin
ikinci, 7-ci maddəsinin
ikinci və dördüncü, 8-ci maddəsinin
üçüncü, 9-cu maddəsinin üçüncü,
10-cu maddəsinin ikinci,
10-1-ci və 11-ci maddələrinin
üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin birinci və səkkizinci, 15-1-ci maddəsinin üçüncü,
15-2-ci maddəsinin ikinci
hissələrində, 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və
üçüncü hissəsində
(birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci
(birinci halda),
19-3-cü maddəsinin altıncı
(hər iki halda), 19-4-cü maddəsinin
üçüncü (hər
iki halda), 23-cü maddəsinin dördüncü,
25-ci maddəsinin yeddinci
hissələrində, 25-1-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 28-ci maddəsinin
birinci hissəsinin birinci cümləsində,
29-cu maddəsinin
doqquzuncu, 35-ci maddəsinin
ikinci, 40-2-ci maddəsinin
birinci hissələrində
və 43-cü maddəsinin
beşinci hissəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
və müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun
21-ci maddəsinin üçüncü
hissəsində (birinci
halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
yuxarı icra hakimiyyəti orqanının
fəaliyyət istiqamətlərinə
uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti və əsasnamələrinə
uyğun olaraq əlaqəli mərkəzi
və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.5. həmin
Qanunun 34-1-ci maddəsinin
on ikinci abzasında nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
2.6. həmin
Qanunun 18-ci maddəsinin
beşinci hissəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.7. həmin Qanunun 23-cü maddəsinin
beşinci hissəsində
və 25-1-ci maddəsinin
ikinci hissəsində
(birinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini respublika
və yerli əhəmiyyətli avtomobil
yollarına münasibətdə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə
yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən
bələdiyyə avtomobil
yollarına münasibətdə
müvafiq bələdiyyələrin,
özəl avtomobil yollarına münasibətdə
isə mülkiyyətçilərin
rəyi nəzərə
alınmaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.8. həmin Qanunun 25-ci maddəsinin dördüncü hissəsinin
üçüncü abzasında
və 25-1-ci maddəsinin
ikinci hissəsində
(ikinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi nəzərdə
tutulur;
2.9. həmin Qanunun 14-cü maddəsinin
üçüncü hissəsinin
üçüncü abzasında
“orqan (qurum)” dedikdə, yol hərəkətinin təhlükəsizliyi
sahəsində Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
habelə Bakı şəhərinin inzibati
ərazisində Bakı
Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları
sahəsində Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin
inzibati ərazilərində
müntəzəm şəhərdaxili
sərnişindaşımaya münasibətdə isə,
müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları
yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri
nəzərdə tutulur;
2.10. həmin Qanunun 15-1-ci maddəsinin altıncı hissəsində
“orqan (qurum)” dedikdə, yol hərəkətinin təhlükəsizliyi
sahəsində Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
habelə Bakı şəhərinin inzibati
ərazisində Bakı
Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları
sahəsində Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin
inzibati ərazilərində
müntəzəm şəhərdaxili
sərnişindaşımaya münasibətdə isə,
müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları
yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri
nəzərdə tutulur;
2.11. həmin
Qanunun 1-ci maddəsinin
iyirminci abzasında (birinci halda), 10-1-ci maddəsinin ikinci hissəsində (birinci halda), 13-cü maddəsinin
altıncı hissəsinin
birinci cümləsində
(birinci halda) və on birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
öz balanslarında olan avtomobil yollarına münasibətdə
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.12. həmin
Qanunun 19-1-ci maddəsinin
üçüncü hissəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Tarif
(qiymət) Şurası
həyata keçirir;
2.13. həmin Qanunun 1-ci maddəsinin on birinci (dövlət avtomobil yollarına münasibətdə) və
iyirminci (balansına verilmiş avtomobil yollarına münasibətdə)
abzasında, 5-ci maddəsinin
altıncı hissəsində,
10-1-ci maddəsinin ikinci
hissəsində (balansına
verilmiş avtomobil yollarına münasibətdə),
13-cü maddəsinin altıncı
hissəsinin birinci cümləsində və
on birinci hissəsində
(balansına verilmiş
avtomobil yollarına münasibətdə), 15-1-ci maddəsinin
dördüncü hissəsində,
16-cı maddəsinin birinci
hissəsində, 19-2-ci maddəsinin
ikinci hissəsinin birinci cümləsində
və yeddinci hissəsində, 21-ci maddəsinin
üçüncü və
altıncı (birinci halda), 22-ci maddəsinin ikinci və dördüncü, 25-ci maddəsinin
ikinci, beşinci və altıncı,
40-cı maddəsinin ikinci
hissələrində “qurum”
dedikdə, habelə Qanunun mətnində “yol təsərrüfatı
orqanı” (dövlət
avtomobil yollarına münasibətdə) dedikdə,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;
2.14. həmin Qanunun 5-ci maddəsinin altıncı (birinci halda), 15-ci maddəsinin üçüncü, 18-ci maddəsinin
beşinci (birinci halda), 26-cı maddəsinin
dördüncü hissələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının,
16-cı maddəsinin birinci
(birinci halda), 19-cu maddəsinin birinci və 30-cu maddəsinin üçüncü hissələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
öz səlahiyyətləri
daxilində həyata keçirir;
2.15. həmin Qanunun 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;
2.16. həmin Qanunun 31-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (tariflərin razılaşdırılması hissəsində) həyata keçirirlər.”.
2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 676-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 932 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 659) 3-cü hissəsi ləğv edilsin.
3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 798) 3-cü hissəsi ləğv edilsin.
4. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 230 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 812) 2-ci hissəsi ləğv edilsin.
5. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1154 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2072) 3-cü hissəsi ləğv edilsin.
6. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 504 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 1, maddə 94) 3-cü hissəsi ləğv edilsin.
7. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 461; 2014, ¹ 5, maddə 477, ¹ 11, maddə 1391; 2016, ¹ 8, maddə 1384; 2019, ¹ 11, maddə 1717) ləğv edilsin.
8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, habelə 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fəaliyyət barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 may 2021-ci il
Azərbaycan.-2021.- 22 may.- S.7.