Elmdə, mədəniyyətdə ilk nümunələr

 

 

 

Qədim yaxud antik yunan mədəniyyəti Avropa mədəniyyətinin beşiyi kimi tanınır. Yunan mədəniyyəti tarixən bütün dünya ölkələrinin mədəniyyətlərinə təsir edib.

Avropanın ən qədim şəhərlərindən biri olan Afina eyni zamanda demokratiya, Qərb fəlsəfəsi, siyasət elmi, Qərb ədəbiyyatı, tarixşünaslıq, əsas riyazi prinsiplər və Qərb faciəsi və komediya nəzəriyyələrinin vətənidir.

E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikilib. E.ə. V əsrin sonları-IV əsrdə artıq bütün yunan şəhərlərində açıq havada tamaşa göstərilən teatrlar tikilmişdi. Romalılar Pun müharibələri dövründə yunan teatr mədəniyyətini mənimsəyiblər. Bütün Roma imperiyasında teatrlar qurulub. Sonralar isə teatr öz əhəmiyyətini pantomimanın inkişafı ilə əlaqədər olaraq itirib.

Yunanıstanda əfsanələr əsasında “keçi mahnısı” mənasını verən tragediyalar adlanan pyeslər yarandı. Afinada tragediyanın banisi Esxil olmuş, o, “Zəncirlənmiş Prometey” tragediyasını yazmışdı. E.ə. V əsrdə yaşamış SofoklAntiqona” faciəsinin müəllifidir. Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. “Quşlar” komediyasını yazmış Aristofan (e.ə. 445-385) “komediyanın atası” sayılıb.

E.ə. V əsrdə Afina yunan elminin mərkəzi idi. Bütün dünyanın ən xırda zərrəcik olan atomlardan ibarət olmasını da yunan alimi Demokrit açıqlayıb. O, insanlarda ruhun ölməzliyini inkar edir, dinin yaranmasının səbəbini insanların təbiət hadisələri qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokritin davamçısı tibb elminin inkişafında böyük xidməti olan Hippokrat idi. Həkimin mənəvi davranış normaları olanHippokrat andıonun adı ilə bağlıdır.

Makedoniyalı İsgəndərin müəllimi olan Aristotel bütün bilikləri ayrı-ayn sahələrə böldü, elmlərə ad verdi: botanika yunancabitki”, fizika - “təbiət”, poIitika - “dövlətsözlərindən götürülüb. Buna görə onabirinci müəllimdeyirlər. Aristotel hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş ulduzlar isə onun ətrafında fırlanır.

Yunanıstanda tarix elminin əsası e.ə. V əsrdə qoyulub. Yunanıstan, Ön Asiya Misirin, o cümlədən Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə olanTarixəsərini Siseronun  tarixin atasıadlandırdığı yunan tarixçisi Herodot yazıb.

Dünyanın mənşəyini mifoloji deyil, təbii bir şəkildə izah edən ilk şəxs yunan filosofu Thales olub. Yunanlar fəlsəfədə kainatın təbiəti haqqında hər bir ağlabatan sualı cavablandırmağa, həqiqət problemini həyatın məqsəd mənasını tapmağa çalışmışdılar. Fəlsəfədə bu günə qədər ən çox müzakirə edilən mövzu yunanların qərarlarının həqiqiliyi barədə olmuşdur. Bu fakt onların nailiyyətlərinin böyüklüyünü təsdiq edir.

Hələ yunan qaranlıq erasında bəzi həndəsi biliklər yaranmış, üçbucaq, kvadrat çevrə kimi həndəsi fiqurlar meydana gəlmişdir.  Qədim yunanlar riyazi nəzəriyyə üzrə birinci idilər. Pifaqorun, Evklidin Arximedin nəzəriyyələri müasir cəbr dərsliklərinin əsasını təşkil edir.

Qədim Yunanıstandan danışdıqda Homeri unutmaq olmaz. Eramizdan əvvəl VIII əsrdə yaşamış kor şair Homer Yunanıstanın tarixini əks etdirənİlliadaOdisseyadastanlarını yaratmışdı. İki əsr müddətində  şifahi şəkildə söylənilən bu dastanlar eramızdan əvvəl VI əsrdə yazıya alınmışdı.

Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar e.ə. IX əsrdə finikiyalıların əlifbasına sait səsi bildirən 2 işarə əlavə edib 24 hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Yunan əlifbası bir çox əlifbalar üçün əsas oldu.

Qədim yunan dininin hər hansı bir vahid təlimi, müqəddəs kitabı ya da mərkəzi olmayıb. Qədim yunan mifologiyasının bir çox tanrıları olub.

 

 

 

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 23 may.- S.7.