“İcra məmurları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 23 aprel tarixli 299-VIQD nömrəli Qanununun
tətbiqi və “İcra məmurları
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “İcra məmurları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 23 aprel tarixli 299-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
25; 2002, ¹ 5, maddə 262, ¹ 8, maddə 478; 2011, ¹ 4, maddə
278; 2018, ¹ 7 (I kitab), maddə
1469; 2020, ¹ 6, maddə 711, ¹ 8, maddə 1025) 2.1-ci bəndinə
“dördüncü hissəsində”
sözlərindən sonra
“, beşinci hissəsinin
ikinci cümləsində”
sözləri əlavə
edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci
maddəsinin beşinci
hissəsinin ikinci cümləsinə uyğun
olaraq, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan
müalicə məqsədilə
barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan
müalicəyə ehtiyacı
olan şəxslərin
ixtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicəsi
barədə məhkəmə
qərarının tələblərinin
yerinə yetirilməsinə
icra məmuru tərəfindən nəzarət
edilməsi qaydasını
iki ay müddətində
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
2.2. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il
23 aprel tarixli 299-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2021-ci il
Azərbaycan.-2021.- 25 may.- S.2.