Şəhid zabit
Tərtərdə ehtiramla dəfn olundu
Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, Tərtər rayonunun Kəngərli kənd sakini 1993-cü il təvəllüdlü Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu kənddə torpağa tapşırıldı.
Şəhidin
dəfn mərasimində Tərtər rayonunun rəhbərliyi,
hüquq mühafizə orqanlarının nümayəndələri,
eləcə də şəhidin xidmət etdiyi hərbi hissənin
əsgər və zabitləri, kənd sakinləri iştirak
etmişlər.
Mərasimdə vurğulanmışdır ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə etdi, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olundu. Bu zəfəri bizə yaşadan Qənbər kimi igid oğulların xatirəsi isə heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq.
Sonra tabutun üzərindəki dövlət bayrağı şəhidin atası Bəhruz Qasımova təqdim olundu.
Dəfn mərasiminin iştirakçıları məzarlıqda dəfn olunan digər şəhidlərin məzarlarını da ziyarət etmiş, ruhlarına dualar oxumuş, məzarların üstünə gül-çiçək qoymuşlar.
Lazım QULİYEV
Azərbaycan.-2021.- 25 may.- S.6.