Güzdəkdə şəhid Rüstəm Turabovun adına abidə-bulaq kompleksi tikilib

 

 

Abşeron rayonunun Güzdək qəsəbəsində şəhid Rüstəm Fərman oğlu Turabovun  xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində bildirilib ki, şəhid Rüstəm Turabovun həyat yolu gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir. Qeyd olunub ki, Rüstəm Turabov Vətən müharibəsi başlayanda könüllü cəbhəyə yollanaraq Füzuli, Hadrud, Xocavənd istiqamətində döyüşlərdə şücaət göstərib. Oktyabr ayında Ərgünəşli yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında isə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda şəhid Rüstəm Turabovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

 

 Akif ƏLİYEV

Azərbaycan.-2021.- 25 may.- S.6.