Şəhidliyi ilə zəfəri
yaxınlaşdırdı
44 günlük Vətən müharibəsində parlaq qələbəmizi canı, qanı bahasına haqq edən igidlərimizdən biri də 33 il əvvəl mayın 19-da Tərtər rayonunun Kəbirli kəndində dünyaya göz açmış Hacıyev Qubad Cəmil oğludur. Məkrli düşmənlərin törətdiyi xəyanətlər, insanlığa sığmayan əməllər Qubadın özünə həyat yolu seçməsində təsirsiz qalmadı.
Qubad həqiqi hərbi xidmətini başa vursa da, ordudan ayrılmadı. Ermənistan silahlı qüvvələri ilə üzbəüz hərbi hissədə gizir kimi hərbi xidmətini davam etdirdi. Qubad Qarabağı işğaldan azad etmək, erməni faşistlərindən layiqli qisas almaq həvəsi ilə alışıb yanır, intiqam anını səbirsizliklə gözləyirdi.
Zəfər savaşının ilk güllə səsləri eşidiləndə gözlədiyi məqamın yetişdiyini düşünən Qubad uşaq kimi sevindi. İlk uğurlu döyüş əməliyyatlarında sarsıdıcı zərbələr alan düşmən döyüş texnikası və canlı qüvvə sarıdan böyük itkilər verərək geri çəkiləndə sanki ürəyindən tikan çıxırdı. Artıq əmin idi ki, müharibə çox çəkməyəcək, düşmən tezliklə darmadağın edilib torpaqlarımızdan qovulacaq.
Təəssüf ki, Qubada arzusunda olduğu qələbəni görmək qismət olmadı. Suqovuşan uğrundakı şiddətli döyüşdə qəhrəmanlıq göstərən Qubad şəhid oldu.
Qubad Hacıyev doğulub boya-başa çatdığı Kəbirli kənd qəbiristanlığında dəfn olunub. Məzarı üstündən təzə-tər qızıl güllər əskik olmur. Uyuduğu məkan müqqədəsləşib, kənd əhalisinin ehtiram ünvanına çevrilib.
Mayın 19-da Qubadın 33 yaşı tamam oldu. Tərtər rayon rəhbərliyi, müharibə veteranları,
Qubadın döyüş
yoldaşları qəhrəman
şəhidin məzarını
ziyarət etdilər, ruhuna dualar oxudular.
Şəhidin Tərtərdə bacarıqlı
tar müəllimi kimi
böyük hörmət
sahibi olan atası Cəmil Hacıyev:
- Düşünəndə ki,
oğlum xalqımızı,
dövlətimizi 30 illik
xəcalətdən qurtarmaq,
dədə-baba yurdlarımızı işğaldan
azad etmək uğrunda döyüşlərdə
şəhid olub, böyük təskinlik tapıram. Babalarımız
“Oğul düşmən
çəpəridi” deyiblər.
El qeyrəti çəkən,
Vətənə qurban olan oğlumla fəxr edirəm. Qələbə qurbansız olmur.
Qələbə sevincini canları
bahasına bizə yaşadan oğullara xalqın və dövlətin verdiyi dəyəri ən böyük təsəlli kimi qəbul edirəm. Vətənimizin başı sağ
olsun.
L.QULİYEV
Azərbaycan.-2021.- 25 may.- S.6.