Türkiyə
Azərbaycana mənəvi və siyasi dəstək verəcək
əsl qardaşlıq örnəyi göstərib
Milli
Məclisin sədri Sahibə Qafarova: Azərbaycan və
Türkiyə bundan sonra da bütün məsələlərdə
bir-birini dəstəkləyəcək və bir -birinin
yanında olacaqlar"
Milli
Məclisin sədri Sahibə Qafarova mayın 24-də Türkiyə
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Cahit
Bağçı ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib. Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin qeyd etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Milli Məclisin sədri xüsusilə qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana yüksək səviyyədə mənəvi və siyasi dəstək verərək, əsl qardaşlıq örnəyi göstərib. Sahibə Qafarova iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcəyinə və bir-birinin yanında olacağına əminliyini ifadə edib.
Türkiyə və Azərbaycanın qanunverici orqanları arasında münasibətlərdən danışan Sahibə Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib. Vurğulanıb ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Səfir Cahit Bağçı səmimi görüş üçün minnətdarlığını ifadə edərək, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun səmimi salamlarını Milli Məclis sədrinin diqqətinə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edən səfir dost və qardaş Azərbaycanda fəaliyyət göstərməyin onun üçün şərəfli və böyük məsuliyyət olduğunu deyib. O, fəaliyyəti dövründə əlaqələrimizin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Milli Məclisin sədri səfirə
Azərbaycandakı diplomatik fəaliyyətində
uğurlar arzulayıb.
Azərbaycan.- 2021.- 25 may.- S.3.