Sülhinkişafa xidmət edən möhtəşəm tədbir

 

 

Tarix təkrar-təkrar sübuta yetirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin ən mühüm xüsusiyyətlərindən biri dəyərlərə söykənməsi, ardıcıllığı və bu günün reallıqlarına əsaslanaraq gələcəyə hesablanmasıdır.

Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda videoformatda keçirilən müzakirələr də bunun daha bir təsdiqi oldu.

 

 

 

Hər kəsin marağına uyğun siyasət

 

 

Beynəlxalq tədbirin materialları ilə tanışlıq dövlət rəhbərimizin yürütdüyü strateji xəttin nə qədər aydın, məqsədyönlü xarakter daşıdığını göstərdi. Prezident İlham Əliyev bu günün reallıqları və gələcək perspektivlərlə bağlı ən mürəkkəb suallara da mükəmməl cavablarının olduğunu nəzərə çatdırdı. Azərbaycan bütün addımları, həyata keçirdiyi tədbirlərlə, qazandığı uğurlarla bu gələcəyin mənzərəsini yaradır. Milliyyətindən, dinindən, mədəniyyət fərqlərindən asılı olmayaraq bu, hər kəsin hüzur içində, qarşılıqlı hörmət ruhunda yaşayacağı parlaq gələcəkdir. Azərbaycan öz nümunəsi ilə hər bir bəşər övladını belə bir mühiti yaratmağın, belə bir gələcəyi qurmağın mümkünlüyünə ürəkdən inandırır və nurlu məqsədləri və əməlləri ilə buna addım-addım nail olur.

Bu gün bütün dünyanın nəzərləri həm də Azərbaycandakı multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mühitindədir. Ölkəmiz illərdir ki, Qərb və Şərq sivilizasiyalarının təmas məkanına çevrilib. Tarixən bu torpaqlarda mövcud olan tolerantlıq ənənələri daha da inkişaf etdirilir. Bu ənənələr üzərində tolerantlığın Azərbaycan nümunəsi dünyaya təqdim edilir. Bakıda, digər iri şəhərlərimizdə bu yöndə beynəlxalq tədbirlər keçirilir. Azərbaycandan dünyaya multikultural dəyərlərin yayılması, innovativ inkişaf, insan kapitalının dəstəklənməsi, cəmiyyətdə savadlılıq səviyyəsinin yüksəldilməsi, ətraf mühitin mühafizəsi, sosial problemlərin həlli və s. qlobal məsələlərlə bağlı müasir çağırışlar ünvanlanır. Bu, əslində Azərbaycan Prezidentinin, dövlətimizin və xalqımızın birgə uğurudur. Ona görə ki, tarixi prosesləri dəqiqliklə görüb, gələcəyi aydın proqnozlaşdırmağı bacaran Liderə, bütün bu prosesləri ölkənin və xalqın maraqlarına ən uyğun şəkildə idarə etmək də çətin olmur.

Müzakirələrdəki çıxışlar, verilən suallara cavablar, məsələlərə konseptual yanaşmalar bu gün regionda əsas reallıqları məhz Prezident İlham Əliyevin diktə etdiyini, gələcəyi onun formalaşdırdığını sübuta yetirir. Ən mühüm məqam isə ondan ibarətdir ki, Prezidentimizin baxışları, yürütdüyü siyasət təkcə Azərbaycan xalqının və dövlətinin deyil, bölgədə yaşayan bütün xalqların, Cənubi Qafqaz ölkələrinin, ümumilikdə isə regionda maraqları olan hər kəsin mənafeyinə uyğundur. Bu uzlaşmanı təmin etməksə ona görə mümkün olur ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin, müəyyən etdiyi kursun əsas qayəsində insan durur.

Bu siyasət insanın təhlükəsizliyi, xoşbəxtliyi və rifahı üçün davamlı inkişaf niyyətlərinə əsaslanır.    

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dövlət rəhbərimizin təşəbbüsü ilə səkkiz ildir fəaliyyət göstərir. Mərkəz maraqlı layihələri ilə ölkə xaricində kifayət qədər nüfuz qazanıb. Bura beynəlxalq üzvlər qoşulub, İdarə Heyəti formalaşdırılıb, həmsədrləri seçilibbaş katibi təyin olunub.

Onlayn formatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda tədbirə dünyanın müxtəlif ölkələrindən qoşulmuş iştirakçıların, ictimai-siyasi xadimlərin yüksək statusu da Nizami Gəncəvi Mərkəzinin beynəlxalq nüfuzundan xəbər verirdi.

Hazırda dünyada ən mötəbər müzakirə platformalarından biri kimi tanınmış Bakı Qlobal Forumu ilə yanaşı, bu mərkəz də müxtəlif məsələlərə dair ardıcıl tədbirlər təşkil edir. Bu tədbirlərdə bir çox regionalqlobal məsələlərə diqqət yetirilir, bəşəriyyət üçün faydalı həllərin tapılmasına töhfə verilir. Ötən dövrlərdə mərkəzin təşkilatçılığı ilə keçirilmiş müzakirələr pandemiyaya qarşı qlobal həmrəylikdən tutmuş, yeni dünya nizamı, ərzaq təhlükəsizliyi, təhsil, sülhün əldə olunmasında qadınların rolus. ən müxtəlif, eyni zamanda aktual məsələləri əhatə edib.

 

 

 

Gələcəyə baxış

 

 

 

Azərbaycan on illər boyu sülh danışıqları aparanda da, 44 günlük müharibə ilə illərin problemlərini həll edəndə də nə istədiyini yaxşı bilirdi. Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, işğalçıya sərf edən şəkildə dondurulmuş münaqişənin buzunu əritmək, status-kvonu ortadan götürmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli torpaqlarına qayıdışına nail olmaq üçün lazım idi.

Ermənistan isə o torpaqları nə üçün işğal etdiyini, bundan nə qazandığını indiyədək heç kimə doğru-dürüst izah edə bilməyib. 30 il ərzində ermənilər bu ərazilərdə heç bir iqtisadi dəyər yaratmaq iqtidarında olmayıblar. Həyata keçirdikləri isə viranəlikdir. Azərbaycanın vəhşicəsinə dağıdılan əmlakıdır. Vətəndaşlarımızın talan edilmiş mülkiyyətidir. Ermənilər buna görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər. Bədnam əməllərinin əvəzini ödəməli olacaqlar. O zaman bir daha anlayacaqlar ki, faşizmə məxsus millətçilik nağılları heç kimə xeyir gətirməyib. Bir daha başa düşəcəklər ki, nə istədiyini dərk etməyən, kimlərinsə əlində alətə çevrilən, regionun inkişafını əngəlləyən, özünü çıxılmaz vəziyyətə məhkum edən bir xalqın gələcəyi ola bilməz!

Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra Nizami Gəncəvi Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusuna xüsusi yer ayırması isə heç də təsadüfi deyil. Azərbaycanın bu tarixi qələbəsi Cənubi Qafqaz regionunda böyük dəyişikliklər yaradıb. Tamamilə yeni reallıqlar formlaşdırıb. Azərbaycan Prezidentinin də çıxışında bildirdiyi kimi, yeni vəziyyət müasir yanaşmalar tələb edir. Elə müzakirələrin əsas məqsədlərindən birimövcud reallıqları birgə dəyərləndirməkdən, dövlət başçısı İlham Əliyevin regionun gələcəyi ilə bağlı baxışları ilə tanış olmaqdan ibarət idi. Dövlət rəhbərimiz öz mövqeyi ilə göstərdi ki, Azərbaycan indi yeni bir mərhələyə daxil olaraq daha çox gələcəyə baxır: Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır”. Daha sonra dövlət rəhbərimiz ümid etdiyini bildirdi ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq: “Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişikyeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır”.

Azərbaycan Prezidenti bu layihənin həyata keçirilməsi ilə bağlı işin artıq başlandığını xüsusi vurğuladı. Əlavə etdi ki, Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. “...Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zamantam yerləyeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”.

 

 

 

Sağlam düşüncəyə xitab

 

 

Bu gün növbəti parlament seçkisi ərəfəsində böhran içində ora-bura vurnuxan, gələcəyə ümidini itirmiş başıpozuq kütlə qarşısında müəyyən xal qazanmağa çalışaraq Azərbaycana və azərbaycanlılara nifrət ritorikasından hələ də əl çəkməyən erməni siyasiləri Prezident İlham Əliyevin bəyanatları barədə ciddi düşünsələr, bu hər kəsin faydasına olar. Ən çox isə erməni xalqı bu bəyanatlardan nəticə çıxarmalıdır. Öz siyasi ambisiyaları naminə illərdir xalqı nifrət xəstəliyinə yoluxdurub alverlə məşğul olan erməni siyasilərindən fərqli olaraq Azərbaycan Prezidenti bu xəstəliyin erməniləri necə dərin uçuruma apardığını və regionda inkişafın qarşısını aldığını, faydalı təşəbbüsləri əngəllədiyini yaxşı görür.

Ona görə də müzakirələrdə Azərbaycan Prezidenti erməniləri öz günahları ucbatından itirilmiş bir neçə onilliyin ağır dərslərindən, itirilmiş fürsətlərindən nəticə çıxarmağa çağırır. Bütün olub keçənlərə rəğmən, Azərbaycanın daimi sülh, davamlı tərəqqi, Cənubi Qafqazın təhlükəsizliyi və inkişafı, qarşılıqlı inteqrasiya məkanına çevrilməsi üçün əməkdaşlıq təşəbbüslərinə açıq olduğunu gizlətmir. Bütün bəyanatlarında, həyata keçirdiyi siyasətin hər bir məqamında olduğu kimi, Prezident İlham Əliyev yenə də tam səmimidir. Qətiyyətli və dürüstdür. Xalqımızın istək və arzularını, maraqlarını təmsil edir, vətəndaşlarımızın yekdil dəstəyini duyur. Kütlə önündə siyasi dividendlər qazanmaqdan ötrü populist fikirlərdən uzaqdır. Ümumi prosesin ayrı-ayrı mərhələlərinin hər biri ilə bağlı öz müdrik baxışları var. Bu mərhələlər üzrə qazanılan nəticələrin ümumi nailiyyət kimi sülhinkişafa, insanların xoşbəxtliyi arzusuna xidmət etməsinə çalışır. Azərbaycan Prezidenti hər mərhələdə nələrin edilməli olduğunu çox gözəl bilir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün sağlam düşüncəli insanların onun xoş niyyətlərini yaxşı anladıqlarından, düzgün nəticə çıxardıqlarından əmindir. Elə bu əminliklə də insanların sağlam düşüncələrinə xitab edir.

 

 

 

Dediyimiz sözün arxasında dayanırıq”

 

 

Azərbaycan Prezidenti Cənubi Qafqazda hamının maraqlarına uyğun regional inkişafın və əməkdaşlıq perspektivlərinin reallaşmasından ötrü bu bölgəyə təsir imkanlarına malik böyük dövlətlərin, beynəlxalq təşkilatların məsuliyyətini də yüksək dipliomat ustalığı ilə onlara xatırlatdı. Ölkəmizin irəli sürdüyü qlobal təşəbbüslərin, kommunikasiya layihələrinin həyata vəsiqə qazanması, Ermənistanın yenidən nifrət bataqlığında boğulub inteqrasiya proseslərindən kənarda qalmaması, revanşist hisslərdən müalicə olunub özünü “Dəmir yumruğunölümcül zərbəsinə məhkum etməməsi üçün dəstəyə ehtiyac olduğunu vurğuladı. Azərbaycan bu dəstəyi Minsk qrupundan, həmsədr ölkələrdən, region ölkələrindən, beynəlxalq təşkilatlardan, eləcə də Avropa İttifaqından gözləyir. “Çünki düşünürəm ki, bu, nadir əməkdaşlıq formatı olacaq və Ermənistan bu şansı əldən versə, peşman olacaq”. Azəraycan Prezidenti dedi: “Bu, son şansdır. Otuz il keçib, qeyd etdiyim kimi, onların hazırkı vəziyyəti 1991-ci ildə olduğundan daha pisdir. Beləliklə, bu, son şansdır, onlar bunu əldən versələr, bəlkə də daha çətin olacaq”.

Prezident İlham Əliyev ABŞ və Rusiyanın ölkəmizlə bağlı siyasətinin, eləcə də bizim bu ölkələrlə əlaqədar siyasətimizin hər zaman sabit və proqnozlaşdırılan olduğunu vurğuladı. “Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq”. Cənab İlham Əliyevin fikrincə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra isə gələcəyi planlaşdırmaq daha da asan olacaq: “Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin buya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır və ümid edirik ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək”.

 

 

 

Azərbaycanda geniş yenidənqurma planları hazırlanır

 

 

Beynəlxalq tədbir Azərbaycanın təşəbbüsü və aparıcı tərəf kimi yaxından iştirakı ilə həyata keçirilən qlobal layihələrlə bağlı cari vəziyyətin ümumu mənzərəsinin yaradılması baxımından da maraqlı idi. Dövlət rəhbərimiz hazırda Avropaya qazın yeni mənbəyi olan “Cənub qaz dəhlizi” layihəsinin bura cəlb olunmuş ölkələr arasında əlaqələri böyük dərəcədə gücləndirdiyini, bu məsələnin tamamlanmış kimi hesab olunduğunu qeyd etdi.

Ölkə rəhbəri “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşması üçün Azərbaycanın ərazisində bütün zəruri nəqliyyat layihələrinin tamamlandığını diqqətə çatdırdı. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkəmizin Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılarının olduğunu qeyd etdi. “Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq”.

Ölkə Prezidenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya yatırmaq üçün çoxlu imkanların olduğunu da diqqətə çatdırdı. Azərbaycanda böyük yenidənqurma planlarının hazırlandığını söylədi. Xarici bankların Azərbaycana, əslində, lazım olmayan birbaşa maliyyə dəstəyi verməsi əvəzinə, əcnəbi və yerli investorlara işğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirməyə kömək göstərməsinin bizi sevindirmiş olacağını vurğuladı.

Bir sözlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzunda tarixi dialoq aktual müzakirələri, verilən mesajları ilə əhəmiyyətli bir tədbir kimi yadda qaldı. Regionun gələcəyi ilə bağlı xoş niyyətlərin reallaşmasına bu tədbirin böyük töhfələr verəcəyi şübhəsizdir.

 

 

 

İradə ƏLİYEV

Azərbaycan.-2021.- 27 may.- S.1;6.