Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin
quraşdırılması işlərinin davam
etdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin
(siyahı əlavə olunur) quraşdırılması məqsədilə
“Azərbaycan Respublikasının 2021-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü
yarımbəndində göstərilmiş 10,0 (on) milyon manat
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2021-ci il
Azərbaycan.-2021.-
27 may.- S.2.