Xalq Cümhuriyyətinin irsi layiqincə yaşadılır

 

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Tədbiri AHİK sədri, deputat Səttar Möhbalıyev giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyi şərtləndirən amillərdən, həmin dövrdə siyasi şəraitdən danışıb. Sədr bildirib ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaranıb: “103 il əvvəl bu, çox böyük tarixi hadisə idi və xalqımızın istedadı, zəhməti, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyəti dövründə əhəmiyyətli işlər görüldü. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, ordu yaradıldı, qadınlara ilk dəfə səsvermə hüququ verildi. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yarandı”.

S.Möhbalıyev deyib ki, Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilirinkişaf etdirilir. “Azərbaycanda müstəqilliyin qorunub saxlanılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Ümummilli Liderimizin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi dövründə əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, ölkəmizdə qanunçuluğunhüquq qanunvericiliyinin möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır”, - deyə AHİK sədri qeyd edib.

Ulu Öndərin Naxçıvana rəhbərliyi dövrü xatırladan Səttar Möhbalıyev  əlavə edib ki, bu dövr Ümummilli Liderin doğma xalqının dövlət müstəqilliyi uğrunda milli-azadlıq mübarizəsinə rəhbərlik etməsinə meydan açıb. O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı, ictimai siyasi sabitlik təmin edildi. Sədrin sözlərinə görə, Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Çıxışı zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinə toxunan Səttar Möhbalıyev bildirib ki, qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur: “Azərbaycan Ermənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişənin qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanmaqla siyasi meydanda da istəyinə nail olub”.

Daha sonra tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə yerirolundan, əhəmiyyətindən, idarəçilikdə demokratik dəyərlərin bərqərar olmasından, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

 

Azərbaycan.-2021.- 27 may.- S.5.