Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Ölkənizin
milli bayramı - Respublika Günü münasibətilə
Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikası
dövlətini və xalqını səmimi-qəlbdən təbrik
edirəm.
Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.
Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə xoş günlər arzulayıram.
Hörmətlə,
Həsən Ruhani
İran İslam
Respublikasının Prezidenti
Azərbaycan.-2021.- 27 may.- S.2.