Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident.
Respublika
Günü münasibətilə Sizi İtaliya xalqı
adından və şəxsən öz adımdan təbrik
edir, Azərbaycan Respublikasının firavan gələcəyi
naminə səmimi arzularımı çatdırıram.
Bakı
ilə Romanı yalnız energetika sektorundan mədəniyyət
sahəsinə qədər olan və ortaq maraqlara söykənən,
ikitərəfli münasibətlərin bütün istiqamətləri
üzrə əldə edilən strateji məqsədlər
deyil, həm də xalqlarımızın gələcək
rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq
birləşdirir.
Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olması pandemiyanın ən pis dövrlərində yenidən öz təsdiqini tapdı. Bunun da qarşılıqlı həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.
Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək.
Dərin hörmət hissi ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Hörmətlə,
Sercio Mattarella
İtaliya Respublikasının Prezidenti
Azərbaycan.-2021.-
27 may.- S.2.