Müstəqil dövlətçiliyin bünövrəsi

 

 

Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentlidemokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub.

 

 

 

Demokratik ənənələrin, mütərəqqi dəyərlərin yaradılması və milli dövlətçiliyin qorunması

 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyin aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik.  Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Milli tərəqqiyə nail olunması, dövlətçiliyin əsaslarının formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə parlament tərəfindən çox mühüm qərarlar qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 82-dən çox qanun layihəsi hazırlayıb və onların böyük əksəriyyətini qəbul edib. Bununla yanaşı, həmin dövrdə Milli Ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, rəngli aypara və səkkizguşəli ulduz təsviri olan Dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib.

 

 

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan xilas edib

 

 

Bu gün qüruriftixar hissi ilə deyirik ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixisiyasi varisidir. Xüsusi qeyd etmək vacibdir ki, Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən  2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Bu sərəncamın imzalanması və Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi Azərbaycan dövlətinin öz tarixinə bağlılığını və bu tarixə yüksək dəyər verdiyini göstərir.

Azərbaycan dövləti məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Xalq Cümhuriyyətinin taleyini yaşamaq - müstəqilliyini itirmək  təhlükəsindən xilas olub. Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixisiyasi ənənələrimizin bərpasına nail olub. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. O dövrdə həmçinin 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması ilə əlaqədar qərar qəbul edilmişdi ki, bu da xalqımızın həmrəyliyinə xidmət edən çox mühüm addım idi. Eyni zamanda həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi də tarixi hadisələrdən biridir.

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızın xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı,  dövlət müstəqilliyini möhkəmləndirdi. Həyata keçirilən uğurlu daxilixarici siyasət kursu sayəsində respublikamızın iqtisadisiyasi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bütövlükdə, müstəqillik dövründə Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişafsabitlik illəri kimi yadda qalıb.

 

 

 

Azərbaycan yeni nailiyyətlər qazanaraq güclünüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib

 

 

Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclünüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə islahatların aparılması, ölkəmizin demokratik inkişaf yolunda inamla addımlaması dövlətçiliyimizin və milli maraqların qorunmasına xidmət edir.  Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur.

Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin ifadəsidir. Bir sözlə, Ümummilli Liderin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı olan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir.

 

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan.-2021.- 28 may.- S.5.