Ağdamda
125 hektarlıq böyük meşə parkı salınır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Ağdam şəhər meşə-parkında dağdağan
ağaclarının əkilməsi mərasimində
iştirak edib.
AZƏRTAC
xəbər verir ki, “ağ şəhər” layihəsinin
icraçı direktoru Ruslan Sadıqov dövlətimizin
başçısına burada salınacaq meşə-park barədə
məlumat verdi.
Bildirildi
ki, burada ilkin olaraq şəhər sakinləri və
qonaqları üçün 125 hektarlıq böyük
meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam
kanalı şəhərin içindən keçəcək
və onun suyu burada yaradılacaq gölə töküləcək.
Prezident
İlham Əliyev: Hansı tərəfdən?
Ruslan
Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki,
bayraq qoymuşuq, o kanalın səviyyəsidir. Bu göl onun ətrafında
olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər
abadlaşdırılacaq və burada gözəl meşə-park
yaradılacaq. Parkda sakinlər və turistlər
üçün gözəl istirahət guşələri təşkil
olunacaq.
Prezident
İlham Əliyev: Çox gözəl, yəni, şəhərə
giriş böyük meşə massividir.
Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi,
erməni işğalçılar
burada meşələrin,
yaşıllıqların hamısını
qırıblar. Demək olar
ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də
burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
IDEA İctimai Birliyi ilkin olaraq bu
təşəbbüslə çıxış ediblər
və əkinə də başlayıblar.
Bu, dağdağan ağacıdır. O Azərbaycanın simvolik ağacıdır.
Prezident
İlham Əliyev: Simvoludur.
Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər.
Ona görə şərəf
olardı ki, Siz ağacın birini əkəsiniz.
XXX
Prezident İlham Əliyev ərazidə dağdağan
ağacı əkdi.
Azərbaycan.-2021.-
30 may.- S.2.