Yeni
binalar Ağdamın yerli ağ daşından tikiləcək
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağdam şəhərində inşa olunacaq ilk
yaşayış binasının təməlqoyma mərasimində
iştirak edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına inşa ediləcək ilk
yaşayış binası barədə məlumat verilib.
Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Dövlətimizin başçısı
binanın təməlini qoydu.
Azərbaycan.-2021.- 30 may.- S.2.