"İmarət"
yenə də Ağdamın möhtəşəm rəmzi
olacaq
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli
xanın sarayının yerləşdiyi imarət kompleksində
olub.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir.
AZƏRTAC xəbər verir ki, İmarət barədə dövlətimizin başçısına məlumat verən “ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dedi: Cənab Prezident, bu məşhur imarət yeridir. Pənahəli xan burada atlarını saxlayırmış. Bu atlar burada nümayiş olunub, satışa çıxarılıb. Eyni zamanda, sonradan bura Ağdam ictimaiyyətinin bayram keçirdiyi yerlərə çevrilib.
Prezident
İlham Əliyev: Stadion burada olub?
Ruslan Sadıqov: Bəli, stadion burada olub, bu, onun
tribunasıdır.
Prezident
İlham Əliyev: Bu,
tribunadır?
Ruslan Sadıqov: Xeyr, o dağılmış daşlar.
Prezident
İlham Əliyev: Hamısı bərpa olunacaq.
Ruslan Sadıqov: İnşallah.
Burada kompleks yerləşib.
Onun işlədiyi yer, yaşadığı yer və məzarlıqlar da var. Birinci gördüyünüz Pənahəli
xanın türbəsidir.
İkinci gördüyünüz İbrahim xanın dağıdılmış türbəsidir.
Prezident
İlham Əliyev: Məzarları dağıdıblar.
Ruslan Sadıqov: Bunlar Natəvan xanımın məzarının dağıntılarıdır.
Qarşısında durduğumuz Pənahəli
xanın imarətidir,
yaşayış yeridir.
Bu ortada onun
bağı olub.
O sahədə isə
onun karvansarayı olub. Gələn qonaqlar burada
qalıblar.
İmarət sonradan Azərbaycan ictimaiyyətinin toy-bayram keçirdiyi yerlərdən
biri olub. Bu fotolar Ağdamın
1970-1980-ci illərdəki həyatından
bəzi məqamlardır.
Prezident
İlham Əliyev: “Xarıbülbül” festivalıdır,
burada keçirilmişdir.
Ruslan Sadıqov: İşğal
dövründə buraya
çox vəhşi münasibət bəsləyiblər.
Hər yerdə olduğu kimi, burada da
heyvan saxlayıblar və bərbad haldadır.
X X X
Qeyd edək
ki, XVIII əsrə
aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən
olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan
ərazisində yayılmış
digər xan saraylarından fərqlənərək
dəbdəbəli yaşayış
evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki
digər tarixi-mədəni,
dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir
edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.
Xan sarayının
yaxınlığında yerləşən
və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn
edildiyi İmarət qəbiristanlığı da
erməni vəhşiliyinin
canlı şahididir.
Pənahəli xanın, İbrahimxəlil
xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın
qəbirüstü abidəsi
də burada yerləşir.
Azərbaycan.-2021.- 30 may.- S.4.