Ağdamın
ən qədim məktəbi ən müasir məktəb
olacaq
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağdam şəhər 1 saylı məktəbin
yeni binasının təməlini qoyub.
AZƏRTAC
xəbər verir ki, Ağdam rayonunun işğaldan azad
edilmiş hissəsində Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
dövlətimizin başçısına məktəb barədə
məlumat verərək dedi:
- Cənab
Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim
məktəbi hesab olunur. Əslində, Əsgər bəy
Eyvazov tərəfindən 1883-cü ildə əsası
qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib.
1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və
1949-cu ilə kimi burada qalıb.
Prezident
İlham Əliyev: Bu ərazidə?
Emin
Hüseynov: Bəli, bu ərazidə qalıb. Məktəb
1993-cü ildə erməni işğalı zamanı tamamilə
dağıdılmışdır. İkimərtəbəli
bina olub. Amma təqdim olunan layihədə üçmərtəbəli
bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə,
tədris korpusları, idman meydançası, texniki zona təşkil
olunacaqdır.
Prezident
İlham Əliyev: Şagirdlərin sayı nə qədər
olacaq?
Emin
Hüseynov: Məktəb 960 nəfər şagird
üçündür.
Prezident
İlham Əliyev: Əvvəlki məktəbdə nə qədər
olub?
Emin
Hüseynov: Əvvəlki məktəbdə az olub, 500 nəfər.
Amma indi 960 şagird yerlik olacaq. Eyni zamanda, 18 sinif
otağı, 37 fənn
kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq.
Məktəbdə təhsil üçün
hər cür şərait, bütün
texniki imkanlar olacaqdır.
Prezident
İlham Əliyev: Çox yaxşı.
X X X
Sonra dövlətimizin
başçısı məktəbin
təməlini qoydu.
Prezident
İlham Əliyev: Xeyirli olsun.
Azərbaycan.-2021.-
30 may.- S.4.