“Sənaye parkları haqqında
Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli
865 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 4, maddə
379, ¹ 10, maddə 1156; 2014, ¹ 5, maddə 477, ¹ 6, maddə
646; 2016, ¹ 8, maddə 1384; 2019, ¹ 2, maddə 240) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 3.1-ci
bəndə “7.1.6-cı” sözlərindən
əvvəl “5.0.7-2-ci, 6.0.2-1-ci,” sözləri əlavə
edilsin;
1.2. həmin Fərmanla
təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” üzrə:
1.2.1.
1.2-ci bəndə və
1.3.1-ci yarımbəndə “xidmətlərin göstərilməsi”
sözlərindən sonra
“, habelə Azərbaycan
Respublikası Prezidentinin
müəyyən etdiyi
hallarda malların satışı” sözləri
əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda 1.3.4-1-ci, 5.0.7-2-ci və
6.0.2-1-ci yarımbəndlər əlavə edilsin:
“1.3.4-1. sənaye parkının qeyri-rezidenti ‒ bu Əsasnamə ilə müəyyən edilmiş
qaydada idarəedici təşkilatla torpaq sahəsinin (sahələrinin)
icarəsinə və
operatorla sahibkarlıq
fəaliyyətinin həyata
keçirilməsinə dair
bağlanılmış müqavilələr
əsasında sənaye
parkında səlahiyyətli
orqanın müəyyən
etdiyi sahibkarlıq fəaliyyəti növlərini
həyata keçirən
hüquqi şəxs və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyətini
həyata keçirən
fiziki şəxs;”;
“5.0.7-2. sənaye parkının qeyri-rezidentlərinin sənaye parkında həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növlərinin siyahısını təsdiq edir;”;
“6.0.2-1. sənaye parkının qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin (sahələrinin) icarə müqaviləsinin nümunəvi formasını müəyyən edir;”;
1.2.3. 4.2-ci bəndin üçüncü cümləsinə, 11.2-ci, 11.5-ci bəndlərə və 16.3-cü bəndin ikinci cümləsinə “rezidenti” sözündən sonra “, habelə qeyri-rezidenti” sözləri əlavə edilsin;
1.2.4. 4.10-cu bənddə “quraşdırılan avadanlıq və qurğuların rezidentin” sözləri “, habelə rezident və qeyri-rezident tərəfindən quraşdırılan avadanlıq və qurğular onların” sözləri ilə əvəz edilsin;
1.2.5. 4.11-ci və 11.4-cü bəndlərə “rezidentinə” sözündən sonra “, habelə qeyri-rezidentinə” sözləri əlavə edilsin;
1.2.6. 6.0.3-cü və 7.1.12-ci yarımbəndlərə, 8.6-cı bəndin birinci cümləsinə və 11.3-cü bəndə “rezidentlərinə” sözündən sonra “, habelə qeyri-rezidentlərinə” sözləri əlavə edilsin;
1.2.7. 6.0.6-cı, 6.0.11-ci, 7.1.5-ci, 7.1.7-ci yarımbəndlərə və 8.3-cü bəndin birinci cümləsinə “rezidentləri” sözündən sonra “, habelə qeyri-rezidentləri” sözləri əlavə edilsin;
1.2.8. 6.0.9-cu yarımbəndə “rezidentlərində” sözündən sonra “, habelə qeyri-rezidentlərində” sözləri, “rezidentlərin” sözündən sonra “və qeyri-rezidentlərin” sözləri əlavə edilsin;
1.2.9. 6.0.10-cu yarımbəndə “rezidentinin” sözündən sonra “, habelə qeyri-rezidentinin” sözləri əlavə edilsin;
1.2.10. 7.1.6-cı yarımbəndə “rezidentlərinin” sözündən sonra “, habelə qeyri-rezidentlərinin” sözləri əlavə edilsin;
1.2.11. 10-cu hissədə müvafiq olaraq “10.0, 10.0.1 – 10.0.7” rəqəmləri müvafiq olaraq “10.1, 10.1.1 – 10.1.7” rəqəmləri ilə əvəz olunsun və aşağıdakı məzmunda 10.2-ci bənd əlavə edilsin:
“10.2. Bu Əsasnamənin 10.1.1-ci yarımbəndinin müddəaları sənaye parkının qeyri-rezidentlərinə şamil edilmir.”.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 may 2021-ci il
Azərbaycan.-2021.- 30 may.- S.10.