3
əsrlik Qiyaslı məscidi bərpa olunur
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağdama səfəri çərçivəsində
Qiyaslı məscidində olub.
AZƏRTAC xəbər verir ki, “ağ şəhər”
layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin
başçısına məscidlə bağlı məlumat
verdi.
Bildirildi ki, ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib. Bunlar bərpaçıdan verilən ilkin sənədlərdir.
Prezident İlham Əliyev: Buranın əvvəlki görüntüləri var? Kitablarda, şəkillərdə.
Ruslan Sadıqov: Bərpaçı tərəfindən belə təqdim olunur.
Prezident
İlham Əliyev: İki minarə olub da burada?
Ruslan Sadıqov: Bəli.
XXX
Qeyd edək ki,
bu məscid də Qarabağda
erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir.
Ağdam rayonunun
Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir.
Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli
memarlıq abidəsi kimi dövlət
qeydiyyatına götürülüb.
Azərbaycan.-2021.- 30 may.- S.10.