İlham
Əliyev Pənahəli xanın 270 yaşlı
qalasını yenidən həyata qaytarır
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağdamda Şahbulaq qalasında olub.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına abidənin yenidənqurma planı təqdim
edilib.
Bildirilib
ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən
məşhur abidələrdən biridir. Ağdam
şəhərinin 10 kilometrliyində, Şahbulaq
kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ
xanlığının banisi Pənahəli
xan tərəfindən inşa
edilib. Elmi ədəbiyyatda
“Şahbulaq qəsri” adı ilə
tanınan abidə, əslində, iri qəsr
kompleksinin iç
qalası olub. Kompleks
yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa
edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub.
Ermənilər Ağdamı işğal
etdikdən sonra bir
sıra abidələrimiz kimi Şahbulaq qalasını da
erməniləşdirməyə çalışıb,
yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Azərbaycan.-2021.- 30 may.- S.10.